Pirallahı rayonunun baş planı hazırlanıb

  • 21-04-2017, 16:15
  • 3 168
Pirallahı rayonunun  baş planı hazırlanıb
Pirallahı rayonunun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə üzvlərinin, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunub. İclası giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Vasif İmanov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib.
VOİCEPRESS
xəbər verir ki, Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd edib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən avtomobil yolu körpüsündə tikinti-quraşdırma işləri tamamlanaraq, hazırda körpünün yan tərəfindəki mövcud yolda işlər davam etdirilir. Eyni zamanda Gürgən qəsəbəsində geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilib. Mərkəzi yol boyu Abşeron memarlığını özündə əks etdirən qala divarı, dekorativ hasarlar, 6 ədəd bürc inşa olunur. Buradakı qədim bulağın bərpası da nəzərdə tutulmuşdur. Əhalinin istirahəti üçün Gürgəndəki gölün ətrafında parkın salınması işləri həyata keçirilir.
Bildirilib ki, rayonun Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün artıq hazırdır. Həmçinin, rayon mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır. Rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda da lahiyələndirmə işləri davam edir. Burada katric istehsalı üzrə müəssisənin tikintisi üçün 2,5 ha torpaq sahəsi ayrılıb.
Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğulayıb ki, Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi məqsədilə kommunikasiya xətləri ərazidən çıxarılıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq quraşdırma, sazlama işləri başa çatdırılmış və stansiya tam olaraq ümumi şəbəkəyə qoşulub. Yeni avadanlıqların quraşdırılması məqsədilə Agentliyə, əlavə olaraq, 5 ha torpaq sahəsi ayrılıb.
Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlığın inkişafı istiqamətində cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilib rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı fəaliyyət genişləndirilib.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində olub. Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov hesabat dövründə Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirildiyini mütəmadi olaraq iməcilik və ağacəkmə aksiyalarının təşkil edildiyini, 20 minə yaxın müxtəlif növ həmişəyaşıl və meyvə ağaclarının əkildiyini qeyd edib.
Hesabat dövründə Pirallahı rayonunda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqənin inkişafını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilib.
Hesabat ətrafında çıxış edən 9 №-li “Yol İstismarı” MMC-nin sədri Baxarəddin Rəsulov, DSMF-nin Pirallahı rayon şöbəsinin müdiri Xançoban Dəmirov, Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2017-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab ediblər.


VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 15:45Deputat: "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur" Dünən, 15:41Rusiya, İran və Türkiyə razılığa gəldilər Dünən, 15:15Türkiyə sahillərində zəlzələ olub Dünən, 15:00Azərbaycanın şərti var ki, silah daşınmasın... Dünən, 14:51Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu Dünən, 14:31Konte: ““Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” Dünən, 14:19Bakıda yeni doğulan körpəni küçəyə atdılar Dünən, 14:07Türkiyə, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir Dünən, 13:55Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı Dünən, 13:44Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir Dünən, 13:38Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı Dünən, 13:14Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək Dünən, 08:29Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlanıb Dünən, 03:49Odessada etirazçılarla qarşıdurma zamanı azı 20 polis əməkdaşı xəsarət alıb Dünən, 01:41İspaniyanın baş prokuroru Argentinada vəfat edib Dünən, 00:38Ərdoğan: “NATO-ya etibar ciddi suallar doğurur” 18-11-2017, 22:19NATO-nun baş katibi təlimlərdəki insidentə görə bir daha Ərdoğandan üzr istəyib 18-11-2017, 20:23Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - SİYAHI 18-11-2017, 14:47Zaqatalada fındıq festivalı keçirilib 18-11-2017, 13:30Millət vəkili: "Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi" 18-11-2017, 12:35İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib 18-11-2017, 11:44IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib 18-11-2017, 08:55Həmsədrlərə dedim ki, bir-birimizi aldatmayaq - XİN rəhbəri 18-11-2017, 08:12Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq" 17-11-2017, 18:17Azərbaycanda zəlzələ oldu - Rəsmi 17-11-2017, 17:38Səudiyyə şahzadələrini azadlığa buraxır 17-11-2017, 17:19Millət vəkili Milli Məclisdə sosial reklamların vacibliyindən danışıb 17-11-2017, 16:35NATO- Türkiyədən üzr istəyirik... 17-11-2017, 16:00Ərdoğan: “ABŞ İŞİD-ə çoxlu dollar verib və onların ssenarisini bilirik” 17-11-2017, 15:44İŞİD ərazisinin 95%-ni itirib 17-11-2017, 15:30Qənirə Paşayeva Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların aradan qaldırlması təklifini irəli sürüb 17-11-2017, 15:17Zimbabve prezidenti çevrilişdən sonra ilk dəfə insanların önünə çıxdı 17-11-2017, 15:09Lavrov Bakıya iki günlük səfərə gəlir 17-11-2017, 15:05Bolqarıstan parlamentinin spikeri istefa verdi 17-11-2017, 14:56Siyavuş Novruzov: “Müdafiə naziri parlamentdə hesabat versə, onu hərə bir cür açıqlayacaq” 17-11-2017, 14:44Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi 17-11-2017, 14:28“İt ili”ndə bəşəriyyəti nə gözləyir? 17-11-2017, 14:20Lerikin Yardımlıya birləşmək istəyən kəndləri ilə bağlı İcra Hakimiyyətindən RƏSMİ CAVAB 17-11-2017, 14:11“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun dəyişdirildi 17-11-2017, 13:57Azərbaycanda "Rəşadət” ordeni təsis edilib
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir