• 22:31 – Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 20:44 – İstanbulda 4 mərtəbəli bina uçdu 20:09 – Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 19:45 – Gömrükçülər üçün təlimə start verildi 17:33 – Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi - FOTO 
  • 14:45 – Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB 
  • 11:05 – İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ 
  • 17:18 – Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 

Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq

"Məzarlıqlar haqqında" xüsusi qərar layihəsinin bu yaxınlarda Nazirlər Kabineti (NK) tərəfindən normativ-hüquqi akt kimi qəbul edilməsi gözlənilir. Bu qəbul edildikdən sonra Azərbaycanda yeni salınan məzarlıqların formalarında, məzarlıqların idarə olunması ilə bağlı yeni qaydalar tətbiq olunacaq".
VOİCEPRESS-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq: "Bununla əlaqədar NK-da işçi qrupun bir necə dəfə toplantısı keçirilib. Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bu məsələ ilə bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində bu qərar layihəsi üzərində iş yekunlaşıb".

Şəhid məzarlıqlarına gəldikdə isə M.Qurbanlı deyib ki, şəhid məzarları ilə bağlı məsələ qeyd edilən qərar layihəsində deyil, başqa qanunda öz əksini tapıb: "Hazırda da şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret şəkildə əks olunub. Bu qanun da tətbiq olunur".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter