• 22:31 – Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 20:44 – İstanbulda 4 mərtəbəli bina uçdu 20:09 – Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 19:45 – Gömrükçülər üçün təlimə start verildi 17:33 – Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi - FOTO 
  • 14:45 – Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB 
  • 11:05 – İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ 
  • 17:18 – Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 

Azərbaycanlı turistlər ən çox hansı ölkəyə gedir?

2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstanı rekord sayda turist ziyarət edib. VOİCEPRESS-in "Sputnik-Georgia"ya istinadən verdiyi məlumata ki, bu barədə qonşu ölkənin baş naziri Georgi Kvirikaşvili məlumat verib.

"Cari ilin 5 ayı ərzində Gürcüstana gələn turistlər və səyahətçilərin sayında rekord artım qeydə alınıb. 2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14.9 faiz, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24.3 faiz artıb. Bu çox müsbət göstəricidir" — deyə baş nazir bildirib.

Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrin sakinləri deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib. Turist səfəri edənlərin sayı 782 min 814 nəfər təşkil edib. Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 min 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 min 71 nəfərlə Turkiyə gəlir. Ermənistandan gələnlərin sayı 445 min 343 nəfər, Rusiyadan isə 303 min 678 nəfər təşkil edib.

Beşliyi Ukrayna 53 min 166 nəfər bağlayır. 2015-ci ildə Gürcüstanın turizm sektorundan gəliri 1,94 milyard dollar təşkil edib.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter