Rejissor Fikrət Əliyev dəfn olunub

Ölkə içi / Manşet

4 288

Rejissor Fikrət Əliyev dəfn olunub
Rejissor Fikrət Əliyev dəfn olunub. VoicePress.az-ın məlumatına görə, rejissor Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi və kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, F. Əliyev martın 8-də dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rejissorluğa "Baladadaşın ilk məhəbbəti" filmi ilə başlayan F.Əliyev "Qızıl uçurum", "Yuxu", "Axırıncı dayanacaq" kimi filmlərin müəllifidir.




Gülçin Çinar

Ранее » Təhsil naziri: “I sinif şagirdlərinin sayı artacaq”« Далее Bu gün 8 mart - Beynəlxalq Qadınlar Günüdür