• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Şəhid Toğrul Fərəczadəyə həsr olunmuş kitab nəşr olundu

2016-cı il aprel döyüşlərində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn Toğrul Fərəczadə haqqında kitab nəşr olunub.

VOİCEPRESS
bildirir ki, gənc yazar Rəfiqə Rafiqqızının müəllifliyi ilə işıq üzü görən kitab "Da. Heykəlin nağılı" adlanır. Kitabda şəhid Toğrul Fərəczadə, onun mənalı ömür yolu haqqında fikirlər və şəkilləri, həmçinin ailə üzvləri, hərbçi yoldaşlarının da onun qəhrəmanlığı barədə xatrələri yer alıb.

Bununla yanaşı kitabda şəhidimizin şəxsi əşyalarının fotoları da verilib.

Nəfis tərtibatla hazırlanmış kitabın üz qabığında Toğrul Fərəczadənin Azərbaycanın üçrəngli bayrağı üzərində səmaya yüksəlməsi və məğrur baxışı həkk edilib.

Aprelin 1-də Ağsu rayon Mədəniyyət Evində kitabın təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, kitab satış üçün nəzərdə tutulmayıb.

Xatırladaq ki, bu kitab gənc yazar Rəfiqə Rafiqqızının işıq üzü görən ikinci kitabıdır.

Şəhid Toğrul Fərəczadəyə həsr olunmuş kitab nəşr olundu

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter