Rostov-Bakı marşrutu üzrə uçuşları dayandırılır

Ölkə içi / Manşet

459

Rostov-Bakı marşrutu üzrə uçuşları dayandırılır
Rusiyanın "Pobeda" aviaşirkəti yay ayları üçün Rostov şəhərindən Bakıya uçuşları dayandırır.

VOİCEPRESS
apa-ya istinadən xəbər verir ki, hazırda "Pobeda" Rostov-Bakı aviareysi üzrə həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri uçur. Martın 28-dən etibarən reyslərin sayı 3-dək endiriləcək. Belə ki, aviaşirkət Rostov-Bakı marşrutu üzrə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuş yerinə yetirəcək.

Bununla yanaşı, mayın 30-dan sentyabrın 26-dək reyslər tamamilə dayandırılacaq.

Xatırladaq ki, "Pobeda" Rostov-Bakı marşrutu üzrə ötən ilin oktyabrın 31-dən uçmağa başlayıb.

VOİCEPRESS.AZ


Ранее » Bakıda 720 manata alça satılır« Далее Seçin ki, zamanında siz də seçiləsiniz