Cahangir Hacıyevin həbs müddəti yenidən artırıldı

Ölkə içi / Manşet

3 589

Cahangir Hacıyevin həbs müddəti yenidən artırıldı
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti növbəti dəfə artırılıb. Bu barədə VOİCEPRESS-ə vəkil Aqil Layıcov məlumat verib.

Vəkil bildirib ki, Nərimanov rayon məhkəməsinin qərarı ilə C.Hacıyev barəsində olan həbs qətimkan tədbirinin müddəti növbəti dəfə 3 ay artırılıb: "Qərardan apellyasiya şikayəti vermişik. Sabah Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq".

Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs edilib. Sonradan C.Hacıyev barəsində olan həbs qərarının müddəti 3 dəfə artırılıb. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.


VOİCEPRESS.AZ

Ранее » "Antalya Ekspo 2016" sərgisində Azərbaycan pavilyonunun rəsmi a...« Далее Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Flag Counter