• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan sərnişinlərlə bağlı yeni məlumat: 3 nəfər evə buraxıldı

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda bu gün sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alan şəxslərlə bağlı yeni məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova VOİCEPRESS-ə bildirib ki, xəsarət alanların 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan biri Kliniki Tibbi Mərkəzə daxil olan kimi dünyasını dəyişib. Ümumilikdə hadisə nəticəsində 5 ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağırdır.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.

Xəsarət alanlardan 3 nəfər - 2-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından, biri isə Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.

S.Əhmədova bildirib ki, hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssisləri xəstəxanalara gedərək yaralıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter