Türkiyəli general: "Azərbaycan ordusunun gücü ilə işğal altındakı torpaqlarını azad edəcək"

Ölkə içi / Manşet

3 654

Türkiyəli general:
"1990-cı illərdə Ermənistan Azərbaycan torpaqlarına Rusiyanın dəstəyi ilə hücum etdi və buna görə də Azərbaycan ərazilərini işğal edə bildi. İndi Azərbaycanın çox güclü ordusu var. Əminəm ki, Azərbaycan bu güclü ordu ilə işğal altında olan torpaqlarını azad edəcək".

Bunu VOİCEPRESS-ə Türkiyə Ordusunun istefada olan general-leytenantı Cümhur Evcil deyib. O qeyd edib ki, Azərbaycan xalqı işğal altındakı torpaqlarını azad etməkdə qərarlıdır: "Sülh danışıqlarından nəticə çıxmazsa, savaş qaçılmazdır".

General-leytenant aprelin əvvəlində cəbhə xəttində Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusunun istefada olan bir qrup zabiti "Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdədir.

VOİCEPRESS.AZ

Ранее » Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib« Далее Qurban Yetirmişli: “Hər an gözlənilən 10 ballıq zəlzələ “...
Flag Counter