Şəhid komandir haqqında kitab çap edildi - “Murov qartalı”

Ölkə içi / Manşet

6 453

Şəhid komandir haqqında kitab çap edildi - “Murov qartalı”
“Aprel döyüşləri” – ötən il aprelin 1-dən 4-dək Qarabağda ordumuzun xüsusi təyinatlılarının işğalçı erməni quldurlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı Azərbaycanın hərb tarixində şərəfli yer tutur. Həmin döyüşlərdə şəhid olan qəhrəman hərbçilərimizdən biri də polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovdur.

Vaxtilə cəbhənin ən çətin və mürəkkəb istiqamətində – Murovdağda kəşfiyyatçı kimi göstərdiyi igidliklər hələ sağlığında onun haqqında əfsanələrin yaranmasına səbəb olub. Şanlı ordumuzda xidmət etdiyi müddətdə Raquf Orucov qorxmaz, cəsur, mərd, vətənpərvər bir zabit kimi hərbçilər arasında dərin hörmət və ehtiram qazanıb.

VOİCEPRESS xəbər verir ki, yenicə çapdan çıxmış “Murov qartalı” kitabı da şəhid polkovniklə birgə xidmət etmiş, döyüş və kəşfiyyat əməliyyatlarının iştirakçısı olmuş hərbçi dostlarının, həmçinin ailə üzvlərinin xatirələri əsasında yazılıb. Tanınmış jurnalistlər – Elşən Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçiliyi ərsəyə gəlmiş kitabın hazırlanmasına “Azİmport” MMC yardım edib.


VOİCEPRESS.AZ


Ранее » Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır« Далее Qafqaz Universitetinin gələcək fəaliyyəti ilə bağlı YENİ XƏB...