Tanınmış psixoloq Dəyanət Rzayev intihar etdi-Yenilənib

Ölkə içi / Manşet

20 916

Tanınmış psixoloq Dəyanət Rzayev intihar etdi-Yenilənib

09:44
Psixoloq Dəyanət Rzayev intihardan öncə məktub yazıb.

Ailə üzvlərinin VOİCEPRESS-ə verdiyi məlumata görə, psixoloqun meyitini onun yaşadığı evdə anası aşkarlayıb.

Oğlu davamlı telefon zənglərinə cavab vermədiyindən qonşuluqda yaşayan anası onun evinə gəlib. O, digər ailə üzvlərinin köməyi ilə qapını qıraraq evə girib və oğlunu ölmüş vəziyyətdə görüb. D.Rzayev özünü kəmərlə boğaraq intihar edib.

D.Rzayev intihardan öncə məktub da yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis idarəsinin və prokurorluq orqanlarının əməkdaşları gəlib. Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüb.

Qeyd edək ki, psixoloq bir müddət öncə həyat yoldaşından ayrılıb. Onun iki azyaşlı övladı qalıb.

05:30

Psixoterapevt Dəyanət Rzayev intihar edib.

Ailə üzvlərinin verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu" qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.

00:53

VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə asıb. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib.

Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə asıb. Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən lent.az-a təsdiqləyiblər.

Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.

VOİCEPRESS
-in əldə etdiyi bir digər məlumata görə, psixoloq bu addımı atmazdan öncə öz sosial şəbəkədəki hesablarının hamısını bağlayıb.

VOİCEPRESS.AZ


Ранее » "Əmək" ordeni təsis edildi« Далее "4000-ə yaxın şəxsin "Ovçuluq bileti" var, qalanları qanunsuz ovla ...