• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

DİN-də Sadiq Gözəlovun vəzifəsini bu şəxs icra edəcək

Ötən gün Daxili İşlər Nazirliyinin təqaüdə göndərilən mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlovun vəzifələrini onun müavini polkovnik Ehsan Zahidov icra edəcək. VOİCEPRESS-in əldə etdiyi məlumata görə, E.Zahidov hələlik müvəqqəti olaraq bu postu tutacaq.

Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.

E. Zahidov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsinə 2010-cu ildə təyinat alıb.

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı ötən gün təqaüdə göndərilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. E.Zahidovdan əlavə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter