Mənzil bazarında son durum - Qiymətlər necə dəyişib?

  • 12-01-2017, 10:49
  • 253
Mənzil bazarında son durum - Qiymətlər necə dəyişib?
2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə təkrar mənzil bazarında periodik olaraq qiymətlərin azalması müşahidə olunub.

VOİCEPRESS xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmalı bildirib ki, ötən ilin əvvəllərində, xüsusilə də birinci yarısında qiymət azalması daha dinamik olub: "Ay ərzində təqribən 3-5 faiz arasında qiymət dəyişməsi baş verdi, amma yay aylarında qiymət stabilləşdi, ilin sonlarında isə nisbi qiymət azalmaları müşahidə olundu. Ümumilikdə ötən il ərzində təkrar mənzil bazarında illik qiymət azalması təqribən 22 faiz civarındadır".

Yeni tikilən mənzil bazarına gəlincə isə, R.Osmanlı bildirib ki, bu sahədə qiymət azalması müşahidə olunmayıb, əksinə qiymətlər artıb: "Yeni tikililərdə də təkrar bazar var, çünki şirkətlər mənzilləri satır və sonradan həmin mənzillər təkrar alqı-satqıya cəlb olunur. Şirkət tərəfindən satılan mənzillərdə qiymət azalması müşahidə olunmur. Yəni qiymətlər stabildir, hətta ötən 3 illik göstəricilərə nəzər salsaq, qiymətlərin artımı müşahidə olunub. Şəhərin müxtəlif əraziləri üzrə 1 kvadrat metr üçün qiymətlərdə 40-50 faiz, bəlkə də daha çox artım müşahidə olunur".

Ekspert bildirib ki, il ərzində həm təkrar, həm də yeni mənzil bazarında aktivlik çox aşağı səviyyədə olub: "Hər iki istiqamət üzrə əməliyyatların sayında kəskin azalmalar var. İlkin ehtimallara görə, alqı-satqı əməliyyatlarının sayında təqribən 30 faizdən çox azalma olub".

Sosial mənzillərin tikintisinin mənzil bazarında qiymətlərə necə təsir edəcəyinə gəlincə isə, ekspert prosesin ümumi mənzil bazarına təsir etməyəcəyi qənaətindədir: "Sosial mənzillərin qiymətlərin azalmasına təsir edəcəyi barədə fikirlərlə razılaşmıram. Çünki sosial mənzillərin sayı ümumi mənzil dövriyyəsinin təqribən bir aylıq göstəricisindən bir neçə dəfə azdır. Belə olan halda sosial mənzillərin bazarda qiymətlərə hər hansı bir təsir göstərəcəyini düşünmürəm. Eyni zamanda nəzərə alsaq ki, bu mənzillər müəyyən kateqoriyaya aid olan insanlara veriləcək, eyni zamanda mənzil aldındıqdan sonra 3 il ərzində alqı-satqı predmeti ola bilməz, bu baxımdan sosial mənzillərin bazarda istər qiymətə, istər ümumi dinamikaya hər hansı bir təsir göstərəcəyini düşünmürəm".

R.Osmanlı əlavə edib ki, bu il mənzil bazarında qiymətlərin necə olacağı haqqında danışmaq hələ tezdir: "Mənzil bazarı daha çox makroiqtisadi amillərə bağlı olan bir bazardr. Burada tendensiyanın dəyişməsi üçün ölkə üzrə makroiqtisadi göstəricilərin müsbətə doğru dəyişməsi lazımdır. Ən azından ölkədə gəlirlər kəskin şəkildə artmalı, eyni zamanda manat sabitləşməlidir. Manatın məzənnəsi sabitləşmədiyi dövrdə bazarda əməliyyatların sayı azalan xətt üzrə davam edəcək".


VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Ukraynada Azərbaycan şirkətlərinə qarşı törədilən cinayətlə bağlı RƏSMİ AÇIQLAMA
    22 yaşlı skripka ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı
    Nümayəndə heyətinin rəhbəri:
    Lerikə iki gündür qar yağır
    Elmar Məmmədyarov:
    Binəli Yıldırım:
    Gümrüdə öldürülən rusiyalı hərbçiyə 8 bıçaq zərbəsi endirilib
    Çin hərb maşını Rusiyanı keçdi
    Ərdoğan:
    Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var
    Əli İnsanova 7 il 5 gün HƏBS CƏZASI
    Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi
    Gənc şairə bu gün ad gününü qeyd edir...
    Deputat: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərardır və reallığı əks etdirmir
    Lerikdə yanğın olub
    Kürdəmirdə Çernobıl iştirakçıları ilə görüş keçirilib
    Tramp  Meksika ilə sərhədə səddin ucaldılması layihəsini ən qısa zamanda reallaşdıracağını vəd edib
    Azərbaycan - Şimali İrlandiya oyununun stadionu dəyişdirildi
    İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi
    Azərbaycanda 60 yaşında evlənən polkovnik danışdı -
    Millət vəkili:
    Cey Lo qızı və bacısı ilə gəzintidə
    Mövlud Çavuşoğlu:
    OMON azərbaycanlıların toyuna basqın etdi
    Azərbaycan Xalça Muzeyi gənclərdə xoş təəssürat oyadıb
    Deputat:
    Trampdan yeni təyinat
    Rusiyadan Azərbaycana müasir silah və hərbi texnika gətirildi - VİDEO
    Ermənistan beynəlxalq öhdəliklərinə etinasız yanaşır
    Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
    Milli dövlətçilik düşüncəsinin işığında
    NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”
    Qazaxda peşə yönümlü tədbir keçirilmişdir
    Ekspert:
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir