60-a yaxın bələdiyyə ilə bağlı istintaq aparılır

Ölkə içi / Manşet

1 053

60-a yaxın bələdiyyə ilə bağlı istintaq aparılır
Bu il pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, bu barədə nazirliyinin bugünkü kollegiya iclasında məlumat verilib.

Məlumata görə, 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb, onlardan 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.

Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.


VOİCEPRESS.AZ


Ранее » Azərbaycanda internet niyə iflic olub?« Далее Kommunal xidmətlər sektorunda 6650-yə yaxın yeni iş yeri yaradıl...