Azərbaycanda "Asan qatar" sistemi yaradılacaq

Ölkə içi / Manşet

1 202

Azərbaycanda
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Asan qatar" sisteminin yaradılması nəzərdə tutulur.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu "Gələcəyin ünvanı: prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu sistem dövlət orqanları xidmətlərinin vətəndaşlara göstərilməsinə imkan verəcək. Bununla yanaşı, bu yaxınlarda Bakıda Asan Kommunal Mərkəzi də yaradılacaq.

İ.Kərimov qeyd edib ki, prezident tərəfindən dövlətin idarəedilməsi, onun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu islahatların tərkib hissəsi kimi 4 il əvvəl "Asan xidmət" yaradılıb. Bu gün "Asan xidmət" bir çox qurumlarla əməkdaşlıq şəraitində çalışır.

İ.Kərimov onu da əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: "Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün prioritet sahədir. Azərbaycan brendi olan "Asan xidmət" dünya səviyyəsində də tanınıb. "Asan xidmət" korrupsiyaya qarşı uğurlu bir modeldir".

VOİCEPRESS.AZ


Ранее » Bu ailələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcə...« Далее Maqsud Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalandı
Flag Counter