• 16:56 – Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 16:09 – Almaniya Qarabağ separatçılarına silah satıb? 14:58 – Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...” 
  • 10:34 – Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 12:46 – Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ 

Bakıda avtobus dayanacağa çırpıldı: ölən və yaralanan var

11:57

Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var.

VOİCEPRESS-in "report"-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub.
"Mercedes" markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb.
M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayanacağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin - 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

-----------

10:12

Bakıda səhər saatlarında ağır yol qəzası olub. VOİCEPRESS criminal.az-a istinadən xəbər verir ki, Ziya Bunyadov prospektində, Olimpiya stadionun qarşısında sərnşin avtobusu yüksək sürətlə dayanacağa girib.

Qəza nəticəsində bir neçə maşın əzilib, yaralananlar var. Qəza zamanı maşınlardan biri yoldan çıxaraq stadionun həyətinə düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı dayanacaqda olan sərnişinlərdən də yaralananlar olub.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter