Azərbaycanda dəhşətli qəza: ölənlər var

Ölkə içi / Manşet

702

Azərbaycanda dəhşətli qəza: ölənlər var
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində qaynata və gəlin ölüb.

VOİCEPRESS-in xəbərinə görə, "VAZ 2106", "VAZ 2107" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından APA-ya bildirilib ki, hadisə yerinə çağırılan həkim birqadası qəzada xəsarət alan bir nəfəri, "Mitsubishi" markalı maşının sürücüsü, Yevlax rayon Aşağı Bucaq kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Vəliyəddin Əhməd oğlu xəstəxanaya çatdırıb.

V. Əhmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


VOİCEPRESS.AZ


Ранее » Azərbaycan əhalisinin mənzil təminatı yaxşılaşdırılacaq« Далее Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) kafedra müdiri və...