Uşaqlarda nitq geriliyinin səbəbləri - mütəxəssis tövsiyyəsi...

  • 8-01-2017, 19:02
  • 2 530
Uşaqlarda nitq geriliyinin səbəbləri -  mütəxəssis tövsiyyəsi...
VOİCEPRESS.AZ Bioloji Təbabət Klinikasının tanınmış uşaq-nevroloqu həkim Təranə Həşimovanın nevroloji problemlərin uşaq nitq geriləməsinə təsiri, simptomları və onun bioloji yolla müalicəsi haqqında olduqca önəmli bilgilərini oxucuların diqqətinə çatdırırıq:

Bilirik ki, insan doğulan kimi onun nitqi mövcud olmur. Uşaq inkişaf etdikcə nitq əmələ gəlir və formalaşmağa başlayır, yəni ətrafdakıları, böyükləri təqlid etməklə inkişaf edir. İlk öncə uşaq anadan olan kimi ağlayır, narahatçılığını, aclığını ağlamaqla biruzə verir. 4-5 ayında səs eşidərək səs gələn tərəfə çevrilir, anasını tanıyır, hirsli və mehriban danışıq tərzini ayıra bilir. Ucadan gülür, müxtəlif səslər çıxarmağa başlayır. 6-9 ayında nitqi anlamağa çalışır. Böyüklərin öyrətdiyi hərəkətləri etməyə çalışırlar, səslərə diqqətlə qulaq asırlar.

Məsələn: gözlərini, burnunu göstərmək, əl çalmaq və s. 10-11 ayında “ver, götür, olmaz və s. kimi sözləri başa düşür və əməl edirlər. Böyüklərin ardınca hecaları təkrarlayır, pişiyin, itin, inəyin səsini təqlid edirlər. Bu onu göstərir ki, onlarda nitq inkişafı var. Uşaq müəyyən vaxtdan sonra danışacaq. 1-2 yaşında əgər 35-40 söz bilib, nitqi anlayıb təqlid etməyi bacarırsa, 2-3 yaşında artıq sözlərin miqdarı artıb 250-300-ə çatır. Uşaqlar 2-3 sözdən ibarət cümlələr qurur, sözləri daha aydın tələffüz edirlər. 3-4 yaşında söz ehtiyatı artaraq 800-900-ə çatır, şer demək bacarığına yiyələnir, çox qulaq asmağa və çox danışmağa başlayır. Hamının onu dinləməsinə çalışır. Çoxhecalı sözlərin deyilişində səhvlərə yol verir. 4-5 yaşında şəkilli kitablara baxmağı xoşlayır, heyvanların bəzilərinin adını tapıb səsini təqlid edir. Artıq daha geniş cümlələrdən istifadə edir. Nitqi daha aydın olur. Lüğətində 2300-2500 söz olur.


Tam formalaşma müddəti isə 5-6 yaşına qədər çəkir. Artıq bu müddətdə o, 3000-3500 sözdən istifadə edərək mürəkkəb cümlələr qurur, özündən hadisələr uydurur, anasının danışdığı nağıllara dair suallar verə bilir. Hətta böyüklər kimi danışa və demək olar ki, başa düşə bilir. Onun nitqində ardıcıllıq qorunub saxlanılır. Lakin bu həmişə belə olmur. Belə ki, göstərilən mərhələlərdə uşaqda normal inkişaf müşahidə edilmirsə, bu artıq valideyn üçün bir siqnal olmalıdır.

Bəzi uşaqların nitq inkişafı bu mərhələləri heç bir fəsad olmadan qətt etməsi müşkil məsələyə çevrilə də, bilər. Bu da, gələçəkdə uşağın normal nitqə yiyələnməsinin qarşısını ala bilər. Əgər valideyn uşağın nitqində hər hansı bir problem hiss edərsə, gecikmədən mütəxəssisə müraciət etməlidir. Mütəxəssis tərəfindən müayinə edilərkən nəinki onun nitqi, həmçinin eşitmə dərəcəsi, psixoloji durumu, əqli və fiziki inkişafı da, müayinə edilməlidir.


Bəzən belə hesab edirlər ki, nitq yoxdursa və yaxud gecikirsə, bu "oliqafreniyanın", yəni "kəmağıllılığın" əlamətidir. Lakin bu heç də belə deyil. Nitqin gecikməsinə həm daxili amillər, həm də, xarici amillər səbəb ola bilər.

Daxili amillərə - ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, anemiyalar, dölün hipoksiyası (oksigen çatışmazlığı), doğuş zamanı baş verən travmalar, zədələr və s. ola bilər. Bir sözlə, nitqlə bağlı yaranan mərkəzlər bəzən ana bətnində inkişaf etməyə bilər.

Digər tərəfdən, uşağın stressli bir şəraitdə yaşaması, valideynləri tərəfindən qayğı görməməsi nitq geriliyinə səbəb ola bilər. Xarici amillərə isə uşağın stressli bir şəraitdə yaşaması, valideynləri tərəfindən qayğı görməməsi, uşağın valideynləri ilə ünsiyyətdə olmaması aid edilir. Uşaq danışmağa başlayarkən ona yardımçı olmaq önəmli faktordur. Uşağın nitqinin formalaşması zamanı valideynlər tərəfindən düzgün, vaxtında müdaxilə olmazsa, bu uşağın inkişaf geriliyinə gətirib çıxara bilər.


Nitqin ləngiməsinə səbəb olan amillərdən digəri "oliqofreniya", yəni əqli gerilikdir. Ağır dərəcəsində demək olar ki, nitqin inkişafı olmur, uşaq heç kimlə ünsiyyətə girmir. Yalnız valideynin qayğısına ehtiyacı olur. Orta dərəcəli əqli gerilikdə isə ola bilsin ki, 4-5 yaşında 10-15 söz bilsin.


Son zamanlar bir çox hallarda rast gəlinən əsas problemlərdən biri normal uşaqlar arasında da nitqin ləngiməsinin müşahidə olunmasıdır!


Bəli, normal uşaqlar arasında da nitqin ləngiməsinə rast gəlinir. Bu bir neçə səbəbdən ola bilir. Ağız əzələlərinin, dişlərin, çənənin düzgün inkişaf etməməsi, 0-1 yaşında keçirilən ağır xəstəliklər, infeksion xəstəliklər, aldığı travmalar, qurdağızlıq, dovşandodaqlıq da nitqin düzgün inkişafına əngəl ola bilər. Ağız boşluğunda olan qüsurlar da, nitqin gecikməsinə səbəbi ola bilər. Eşitmə pozuntusu da, nitqin olmamasına gətirib çıxarır.

Ona görə də, nitq geriliyi varsa, mütləq "audioqrafiya" metodu ilə eşitmə yoxlanması gərəkir. Bundan başqa, psixoloji travma nəticəsində də, uşaqda nitq geriliyi yaranır. "Autizm"i olan usağın da, nitqi ola bilsin ki, heç olmasın. Nitqin ləngiməsinə səbəb olan faktorlardan irsi xəstəlikləri, uşaq serebral iflicini də, misal göstərmək olar. Ağır nitq qüsurları da - Alaliya (ana bətnində və ya uşağın ilkin inkişaf mərhələsində beyin qabığının nitq zonasının zədələnməsi nəticəsində nitqin olmaması deməkdir), Afaziya ( baş-beynin lokal zədələnməsi nəticəsində artıq formalaşmış nitqin itirilməsi), Anartriya ( nitq aparatının tam fəaliyyətsizliyi nəticəsində nitqin olmaması), mutizm ( psixoloji durum, psixoloji travma nəticəsində nitqdən imtina) nitqin ləngiməsinə gətirib çıxarır.

Nitqin geriləmə səbəblərini araşdırarkən, ilk növbədə valideynlərlə söhbət aparılır. Ananın hamiləliyi necə keçirməsi, uşağın keçirdiyi xəstəliklər, aldığı zədələr öyrənilir, yaşadığı ailədə, ətrafdakı mühit barədə məlumat alınır, bununla bağlı sual- cavab aparılır, eşitmə yoxlanılır. Uşağın artikulyasiya orqanlarının vəziyyətinə baxılır, nitqi müayinə olunur.

Bu problemin aradan qaldırılması üçün diaqnozun düzgün qoyulması və sonradan loqopedə, surdopedaqoqa müraciət etməyiniz vacib şərtlərdən biridir. Uşaqların dil açan zaman müəyyən hərfləri deyə bilməmələri normaldır. Zaman keçdikcə bu problem aradan qalxır. Ancaq bu, həmişə belə olmur və nitq qüsurları bəzən uzun müddət davam edir. Bunun da, müəyyən səbəbləri var.

Valideynlərin uşağın danışığını təqlid etməsi və onunla uşaq dilində danışması adətən normal qəbul edilir. Anaq bunun nəticəsində uşaqda səlist nitqin formalaşmasında problem yaranır və bəzi xoşagəlməz vərdişlər formalaşır. Buna görə də, bu işdə valideynlərin üzərinə müəyyən vəzifələr düşür.

Uşaqların nitqində rast gəlinən bu qüsurlar ilk baxışdan sadə görünsə də, vaxtında və düzgün qaydada müdaxilənin olmaması daha mürəkkəb formada təzahür edə bilər.

Bir çox valideynlar övladlarını əzizləyərkən ifrata yol verir. Halbuki uşaqların tərbiyyəsi kimi, onlara ünsiyyət qabiliyyətinin aşılanması da, əhəmiyyət kəsb edən məsələlərdəndir.

Bəzən məktəb yaşlı uşaqlar arasında da, yeni dil açan uşaqlara xas ifadə və danışıq forması özünü büruzə verir. Çox keçmir nitq qüsuru digər uşaqlarla ünsiyyət yaratmaqda çətinliyə səbəb olur. Öz yaşıdları ilə arasındakı kəskin fərqi hiss etdikdə uşaq kollektiv arasında olmaqdan çəkinir, bu isə öz növbəsində, onun inkişafına mənfi təsir göstərir.

Uşaqlarda nitq qüsurunun digər səbəbi isə ailədə valideynlərin onlarla az ünsiyyətdə olmasıdır. Mütəxəssislərin sözlərinə görə, uşaqları səbrlə dinləyib, qulaq asmağı bacarmaq lazımdır. Özünə qarşı ciddi yanaşmanı görən uşaqlarda təfəkkür və nitq qabiliyyəti daha tez və düzgün formada inkişaf edir.

Lakin bütün bu problemlərin ən uyğun və effektli müalicə metodu mövcuddur.

Bu bioloji üsulllarla nitqdə olan qüsurların aradan qaldırılması ilk növbədə valideynlərin xəstəliyin hansı mərhələsində mütəxəssisə müraciət etmələrindən asılıdır. Əgər valideyn 1-2 yaş uşaqlardakı bu cür nitq qüsurları simptomları ilə müraciət edirsə, biz ilk növbədə ətraflı müayinə aparırıq. Burada ilk mərhələdə eşitmə qabiliyyəti yoxlanılır. Əgər eşitmə aparatında heç bir problem yoxdursa, o zaman beyin fəaliyyətini artırmaq məqsədi ilə bioloji tənzimləyicidən istifadə edirik. Burada ilkin olaraq, körpənin ana bətnində olarkən hansı virislara məruz qalması aşkar edilir və o virusların uşağın bədənindən xaric edilməsi üçün deteksikasiya prosedurları aparılır. Burada isə drenaj-deteksikasiyaya daha çox önəm verilir. Körpə uşaqlarda biz bunu damcı şəklində olan preparatlarla aradan qaldırılmasını daha məqsədə uyğun hesab edirik. Bununla yanaşı birbaşa beyinə təsir edən "Antimonotaksin" terapiya uyğulanır. Daha böyük yaşlı uşaqlarda isə nitqin geriləməsi giperaktivliklə də, müşahidə olunur. Burada isə çox zaman televizor qarşısında olan uşaqlarda nitqin birtərəfli inkişafı böyük fəsadlara səbəb olur. belə uşaqlar dialoq qura bilmir, onlar sadəcə dinləmək qabiliyyətlərinə malik olurlar. Burada uşaqlarda funksional pzuntular yaranır. Belə olan halda mütləq sürətdə loqoped, psixoloq və həkim-nevroloqun birgə fəaliyyəti ilə uşaqdakı mövcud nitq qüsurlarını aradan qaldırmaq mümkündür.

Burada Mikropolyarizasiya metodu ilə müalicə də, aparılır ki, o birmənalı olaraq, baş və onurğa beynindəki zədəli nahiyyələrin funksiyasını bərpa edir. Beyində yeni sinaptik əlaqələr yaradır, mediatoralrın ifrazının tənzimlənməsinə kömək edir. metod sinir hüceyrələrinə, hüceyrələrarası sinapslara kiçik amperli daimi cərəynın etdiyi təsirə əsslanır.Bu metodla müalicə qeyri-invaziv və tam ağrısızdır. Prosedur zamanı elektrodlar patoloji prosesin nahiyyəsinə uyğun olaraq nitq mərkəzi, hərəki mərkəz, baş və onurğa beyninin müxtəlif nahiyyələrinə qoyulur. Prosedur 20-40 dəqiqə olmaqla, patologiyanın ağırlığından asılı olaraq 10-20 gün davam edir.

Ümumiyyətlə adi müalicə üsulu ilə bioloji tənzimləyici təbabətin əsas fərqi xəstəliyin qalıcı olmasını düşünmədən üzdən müalicə terapiyası ilə köklü müalicə sisteminin qarşıdurması deməkdir. belə ki, ənənəvi tibbi müdaxilə mövcud xəstəliyin aradan qaldırılmasını tətbiq edirdisə, biloji tənzimləyici təbabət komanda olaraq bütün adiyyatı mütəxəssislərin nəzarəti və müdaxiləsi ilə mövcud xəstəliyin yaranma səbəbini və daha sonra yarada biləcək fəsadların aradan qaldırılmasına hesablanır. belə olan halda bioloji tənzimləyici təbabətlə bir xəstəliyin müalicəsinin orqanizmin digər orqanına əks təsirinın qarşısı alınır.




VOİCEPRESS.AZ

Oxşar xəbərlər
XƏBƏR LENTİ
    ABŞ səfiri BMT-də Rusiyanı xəbərdar etdi və Qarabağ məsələsini qaldırdı
    İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir
    İlham Əliyev Bruney Sultanını təbrik edib
    Qar geri qayıdır
    Aprelin 1-dən nəqliyyatda gediş haqları aşağı salınır
    Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi
    Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu
    Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq
    Makedoniya parlamentinin üzvü:
    Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
    Azərbaycan Xalça Muzeyi Binəqədi gənclərində xoş təəssürat oyadıb
    Abituriyentlərə MÜRACİƏT
    Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
    Yerevanda 2008-ci il mitinq qurbanlarının xatirəsinə yürüş keçiriləcək
    Nazir:
    Fevralın 23-nə manatın məzənnəsi
    Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    Hərbi qulluqçumuz şəhid olub
    Lavrov erməni həmkarını təltif etdi -
    ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
    Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
    Pərviz Heydərov:
    Dəvətsiz İraq və Suriyaya girənlər bu ölkələrdən çıxmalıdırlar - İran rəsmisi
    Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş xüsusi buraxılış işıq üzü görüb
    Qənirə Paşayeva:
    Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib
    Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
    Novruz Məmmədov:
    Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
    Ramil Usubov oğlunu rəis təyin etdi
    IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi
    Çində fabrikdə partlayış baş verib: 3 ölü
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir