Luvr muzeyi

  • 12-01-2017, 13:00
  • 6 493
Luvr muzeyi
Fransanın Luvr müzeyinə virtual səyahət edəcəyik. Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biridir. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir.

Luvr muzeyi

VOİCEPRESS xəbər verir ki, hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 metr² olmaqla dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.

Luvr muzeyi

Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.

Luvr muzeyi


Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır.

Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar.

Luvr muzeyi

Avropanın müasir mədəniyyət nümunələri, yəni 1848–ci ildən bizim dövrümüzədək olan eksponatlar Orse Muzeyində və Jorj Pompidu Mərkəzində nümayiş olunur. Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar isə Guimet muzeyində gələn qonaqlara baxmaq üçün təklif olunur. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur ki, onlara da sahilyanı Branli muzeyində tamaşa etmək mümkündür.

Luvr muzeyi


Luvrun ən tanınmış eksponatları: Hamurappi qanunları, Miloslu Venera və Samofrakiyalı Nika heykəlləri, Cokonda (Mona Liza) və Leonardo da Vinçinin digər rəsmləri, Rembrant və Tisianın əsərləri, Ejen Delakruanın "Xalqa yol göstərən azadlıq" rəsm əsəri sayılır. Luvr dünyada ən çox ziyarət edilən muzey adlandırılır. Təkcə 2007–ci ildə burada 8,3 milyon nəfər olmuşdur.

Luvrun əsas hissəsini qala-istehkam tutur. Həmçinin burada 1190–cı ildə kral Filip Avqust tərəfindən inşa edilmiş Böyük Luvr qalası da var. Bu qalanın tikilməsinin əsas səbəblərindən biri Senanın daim göz altında olması, yəni yoxlanılması idi. Vikinqlər dövründən bilindiyi kimi bura onların ənənəvi yolu adlanırdı. 1317–ci ildə Tamplierlər ordeninin mülkiyyətinin Malta ordeninə keçməsindən sonra kral xəzinəsi Luvra köçürülür. V Karl bu qalanı yeni kral iqamətgahına çevirir. Lakin 1528–ci ildə I Fransiskin əmri ilə Luvr qalasının köhnə Böyük qülləsi dağıdılır və 1546–cı ildən etibarən qalanın möhtəşəm kral sarayına çevrilməsi işləri başlanır. \

Bu işlərin aparılması və qalanın tikilməsi Pyer Leskonun başçılığı altında aparılır və II Henrix və IX Karlın dövründə də davam edir. Binaya iki yeni artırma əlavə olunur. 1594–cü ildə II Henrix Luvru Tüilri sarayına birləşdirməyi qərara alır. Bu Yekaterina Mediçinin arzusu nəticəsində həyata keçirilir. Dördbucaq həyətə malik olan bu sarayın memarları isə əvvəlcə Lemerse, daha sonra isə Lui Levo olmuşdur. Bu memarlar XIII və XIV Lüdovikin hakimiyyət dövründə işləmişlər. Bu kralların sayəsində sarayın həyəti əvvəlki böyüklüyündən dörd dəfə də artıq vəziyyətə gətirilərək, tam şəkildə genişləndirilmişdir. Sarayın bəzəklərinin hazırlanması və oradakı işləmələrin edilməsi həmin dövrün görkəmli rəssamları olan Pussen, Romanelli və Lebrenə tapşırılmışdır. 1678–ci ildə sürətlə gedən işlər qəflətən dayandırıldı. Bunun əsas səbəbi XIV Lüdovikin kral iqamətgahı kimi Versal sarayını seçməsi idi.

Luvr bir müddət diqqətdən kənarda qalır. Yalnız XVIII əsrdə Luvrda yeni layihələr üzərində işləməyə başlanılır. Bu vaxt baş verən əsas hadisələrdən biri isə Luvrun muzeyə çevrilməsi idi. Layihə XV Lüdovikin rəhbərliyi ilə başlasa da, Fransa İnqilabı ilə başa çatır.


Muzeyin qapıları ilk dəfə 8 noyabr 1793–cü ildə adi vətəndaşlar üçün açıq elan edildi. 1989–cu ildə sarayın mərkəzinə şüşədən hazırlanmış piramida qoyuldu, onun memarı amerikalı Yo Minq Peydir.

Luvr muzeyi

Onu da qeyd edim ki, Luvr muzeyi Don Braunun "Da Vinçi şifrəsi" adlı kitabında fərqli və maraqlı aspektdən təsvir edilir. 1883-cü ildə fransa prezidenti Fransua Mitteranın fərmanı ilə Luvr muzeyi yenidən təmir olunmağa başlandı. Memar Yo Minq Peyd bu təmir zamanı bir təklif irəli sürür. Təklifində mərkəzi həyət üçün şəffav piramidanın tikilməsini vurğulayır.


Luvr muzeyi


Beləliklə, 1988-ci iloktyabr ayının 15-də piramida və onun yeraltı lobbisinin açılışı oldu. 1993-cü ildə isə piramidanın daha bir layihəsi La Pyramide Inversée (Tərs piramida) başa çatır. Qeyd olunan kitabda eyni zamanda tərs piramidanın özünəməxsus əhəmiyyətindən bəhs edilir.






Xəyalə Murad

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 20:24Xurmanın insan orqanizmində yaratdığı möcüzələr Dünən, 20:11Mehriban Əliyeva: "Qaçqın və məcburi köçkünlərin problemlərinin həllində Azərbaycanın əldə etdiyi nailiyyətlər dünyada model kimi qəbul olunur" Dünən, 19:14Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb Dünən, 18:17Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib Dünən, 17:19"Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir" Dünən, 17:11İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır" Dünən, 15:20Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlandı Dünən, 15:13Hollandiyadan tarixi soyqırım qərarı Dünən, 14:15AŞPA-da SƏSVERMƏ: Aqramunt vəzifədən gedir Dünən, 13:27Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub Dünən, 13:14İsrail 3 nöqtəni bombaladı - Gərginlik artır Dünən, 12:29Çin-Hindistan sərhədində GƏRGİNLİK Dünən, 12:10Əhaliyə xəbərdarlıq: Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR Dünən, 12:0280 tondan artıq Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı Dünən, 11:32Əli Laricani Rusiyanı müdafiə etdi Dünən, 11:30376 jurnalist prezidentə etiraz etdi Dünən, 11:21Genetik müayinəsiz doğulan növbəti anomaliya... Dünən, 10:35Qızıl cüzi ucuzlaşdı Dünən, 10:24Yerli istehsal və ixracatın stimullaşdırılması Dünən, 10:13Moskva ABŞ-ı Suriya ordusunu vurmamağa çağırıb Dünən, 09:28Cəbhədən YENİ XƏBƏR Dünən, 08:44General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir Dünən, 08:39Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir Dünən, 08:07Neft bahalaşdı 26-06-2017, 18:12Stefan Lyoven: "Ölkədəki bütün keşişləri eynicinslilərin nikah mərasimini keçirməyə məcbur etmək lazımdır" 26-06-2017, 18:02Azərbaycanlı deputatdan erməni iddialarına – Sərt reaksiya 26-06-2017, 17:59"Normand dördlüyü" görüşə hazırlaşır 26-06-2017, 17:58Bakıda top mərmisi tapılıb 26-06-2017, 17:50Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir 26-06-2017, 17:43İranda neft emalı zavodunda yanğın: 100-ə yaxın yaralı var 26-06-2017, 16:48Binəli Yıldırım: "Bu sevdadan əl çək" 26-06-2017, 16:26Bayrağımız Krımda dalğalanacaq – Poroşenko söz verdi 26-06-2017, 16:04Makron Rusiyanı təcavüzkar adlandırdı 26-06-2017, 15:25"Formula 1"lə əlaqədar bağlanan mərkəzi küçələr bu axşam açılacaq 26-06-2017, 15:23Şeyx: Arzu edirəm ki, Qarabağ torpağında azan səsi gəlsin 26-06-2017, 15:20Moskvada təhlükənin sarı səviyyəsi elan edilib 26-06-2017, 15:18Millimizin futbolçusunun baş məşqçisi erməni oldu 26-06-2017, 15:10Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? 26-06-2017, 15:05Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var 26-06-2017, 14:56Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
Все новости
VİDEO
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir