• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Soyuq havanın orqanizmə təsiri

İnsan orqanizmi həddindən artıq soyuq havaya davam gətirməkdə çətinlik çəkir. Xüsusilə də bu çətinliyi isti havaya öyrəşmiş orqanizmlər hiss edir. Ölkəmizin yerləşdiyi iqlim qurşağı bizə təbiətin bütün fəsillərini bəxş etsə də, qış ayları yaxınlaşdıqca çoxumuz yayın tez gəlməsini arzulayırıq.
VOİCEPRESS.AZ bildirir ki, ölkəmizə soyuq iqlim şəraiti şimaldan - Rusiyadan gəlir. Soyuq iqlim gəlişiylə bizi üşüdür və orqanizmimizdə bir çox dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Bu dəyişikliklərə nələr aiddir?Üşüdüyümüz zaman orqanizmimizdə nələr baş verir?
Orqanizm üşüyəndə o öz temtraturunu artırmaq üçün müxtəlif mexanizmlər fəaliyyətə başlayır. Bu zaman əzələlərimiz titrəyir, dişlərimiz bir-birinə dəyir, dərimiz avazıyır və tüklərimiz biz-biz durur. Orqanizmimizin hərarətini tənzimləyən hipotalamus vəzi bu proseslərin meydana çıxmasına səbəb olur. Hipotalamus bu əlamətləri əmələ gətirərək qısa bir müddət ərzində orqanizmin soyuğa qarşı dayana bilməsinə təmin edir. Çünki hipotalamus vəzinin fəaliyyəti orqanizmin mərkəzi sinir sistemini nəyin bahasına olursa olsun, isti saxlamaqdan ibarətdir. Hipotalamus soyuq havada orqanizmin ətraflarında qanın axmasını ləngitmək hesabına da mərkəzi sinir sisteminin temperaturunu normal saxlamağa çalışır. Həddindən artıq soyuq havalarda əl və ayaq barmaqlarının keyiməsi və donması zamanı belə hipotalamus öz işini görməyə çalışır.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter