Zəli müalicəsi necə olur?

Səhiyyə

4 904

Zəli müalicəsi necə olur?
Zəli ilə müalicənin tarixi bizim eradan əvvəllərə gedib çıxır. Qədim yunan əlyazmaları, tarixi şəkillər zəli terapiyasından keçmiş zamanlarda da müalicə məqsədilə istifadə edildiyini sübut edir. Zəli ilə müalicəni qanın laxtalanma qabiliyyəti çox olduğu zaman, yüksək arterial təzyiq olduqda, beyin qansızmalarında, baş ağrıları zamanı tətbiq edirlər. Bütün müalicələr kimi zəli müalicəsindən də istifadə edilən zaman ehtiyatlı olmaq lazımdır.

VOİCEPRESS.Az immunitet.az-a istinadən bildirir ki, zəli ilə müalicə hirudaterapiya adlanır.
Hirudaterapiya zamanı zəli xəstənin müəyyən olunmuş nahiyyələrinə qoyulur. Bu zaman zəli dəriyə sancılır. Zəli orada qaldığı zaman insanın qanını soraraq əvəzində qana hirudin ifraz edir. Hirudin zəlinin ağız suyunda olan maddədir. Hirudin qana daxil olan zaman qanda aşağıdakı dəyişikliklər baş verir:
- qanın laxtalanma qabiliyyəti azalır
- qan durulur
- qan oksigenlə zənginləşir
- tromblar əriyir
- orqanizmdəki iltihabi proseslər aradan qalxır
- immun sistemi möhkəmlənir
- infeksiya törədicilərin qarşısını alır
- ölmüş hüceyrələri bərpa edir.
Zəli lazım olan qədər qanı sorduqdan sonra şişir. Bu zaman zəlinin yapışdığı yerə duzlu su tökərək zəlini asanlıqla dəridən qopartmaq olur.
Hirudinlə müalicə ürək-damar sistemi xəstəlikləri zamanı, osteoxondrozda, ağciyər xəstəliklərində, ginekoloji xəstəliklərdə, böyrək xəstəlikləri zamanı çox faydalıdır.


VOİCEPRESS.AZ

Ранее » Badımcanın bilinməyən faydaları« Далее Portağalı yeyəndə qabığını atmayın
Flag Counter