Kökəlmək istəyənlər üçün menyu

Səhiyyə / Manşet

1 964

Kökəlmək istəyənlər üçün menyu
Bir çox insan arıqlamağa çalışsa da, kökəlmək üçün can atanlar da az deyil. VOİCEPRESS.Az atv.az-a istinadən bildirir ki, bəziləri anadangəlmə arıqdır, bəziləri isə xəstəlik və stress səbəbindən kökələ bilmir. Oxucularımızın da xahişi ilə, kökəlmək üçün xüsusi pəhriz proqramı təqdim edirik.

Menyu:

Səhər yeməyi:
1 desert qaşığı bal və ya bəhməz

1 ədəd qaynadılmış yumurta

70 qram ağ pendir

5 qram kərə yağı

5 dilim qızardılmış çörək

10-15 ədəd qara zeytun

1 stəkan şirin süd

Ara yeməyi (10:30 - 11:00 arası)

1 stəkan meyvə suyu

4 ədəd biskvit

Nahar:

120 qram qaynadılmış ət və ya toyuq və kartof

Bol yağlı salat

5-6 yemək qaşığı plov

1 boşqab tərəvəz yeməyi

3 ədəd paxlava və ya xəmir şirniyyatı

250 qram qatıq

4 dilim qızardılmış çörək

Nahardan sonra (15:30 - 16:00 arası)
50 qram pendir

2 ədəd meyvə

2 dilim çörək

Axşam yeməyi:
1 kasa şorba

100 qram qızardılmış balıq və ya ət

1 boşqab tərəvəz yeməyi

3 dilim qızardılmış çörək

1 kasa südlü desert

8-10 ədəd quru qaysı

Gecə(21:30 - 22:00)
30 qram pendir

1 dilim çörək

1 böyük stəkan ballı süd

Qeyd: Bu hər kəsin asanlıqla əməl edə biləcəyi pəhrizdir. Pəhrizdən sonra da kilo almasanız, mütəxəssis yanına getməyiniz məsləhətdir.


VOİCEPRESS.AZ

« Далее Sağlamlıq üçün 20 məsləhət