Amalya Rəhimova: “Bioloji Təbabətdə artıq çəkidən azad olmaq məsələsinə yanaşma fərqlidir”

Səhiyyə / Manşet

2 313

Amalya Rəhimova: “Bioloji Təbabətdə artıq çəkidən azad olmaq məsələsinə yanaşma fərqlidir”
Dietoloq: "Bioloji Təbabət həkimləri hər xəstəliyin əsasında duran səbəbi araşdırarkən qida faktoruna xüsusi diqqət yetirirlər"



Bu günlərdə arıqlamaq, kilo vermək, artıq çəkidən azad olmaq demək olar hər 10 adamdan beşinin probleminə çevrilib. Lakin artıq pçəkidən azad olmaq üçün qəbul edilən müxtəlif qyeri təbii çayların və əməliyyatların mnecə pataloji nəticələrə səbəb olduğunu da görməmək mümkün deyil.

VOİCEPRESS-in bu yöndə apardığı araşdırmalara əsasən, Bioloji Təbabət Klinikasının həkim dietoloq-nutrisioloqu Amalya Rəhimova qeyri təbii perosedurlardan və əməliyyatlara mürraciət etmədən, ən əsası digər orqanlara zərər vermədən sağlam və təbii yolla necə artıq çəkidən azad olmaq imkanlarının mümkünlüyündən danışıb, eyni zamanda düzgün qidalanma ilə bağlı olduqca önəmli fikirlər söyləyib. Onun sözlərinə görə, düzgün qidalanma zəif genləri gücləndirir, yanlış qidalanma isə güclü genləri zəiflədir: “Əvvəllər qidalanmada əsas problem təbii komponentlərin, yəni makro-və mikronutriyentlərin qəbulunda buraxılan səhv və yanlışlıqlarla bağlı idisə, son onillikdə bəşəriyyət daha qlobal və ciddi problem hesab edilən aqressiv qida ilə üzləşib.

Bildiyimiz kimi qida insan üçün enerji mənbəyi olub, onun yaşamını təmin edir və məntiqi baxımdan, insan yaşamaq üçün yeyir. Lakin düzgün qəbul edilməyən qida orqanizmdə müxtəlif xəstəliklərə yol açır, vaxtsız qocalmaya səbəb olur. Bu gün kökəlməyə və piylənməyə meyilli insanlar çox yeyir, lakin doymurlar - bunun da səbəbi lazımi inqrediyentlərlə təmin olunmayan orqanizmin dəyərli komponentləri nə gəldi axtarmasındadır. Məsələn, məlumdur ki, bəzi mikroelementlərin qıtlığı şirniyyata hərisliyə səbəb olur; nəticədə piylənmə, metabolik sindrom və s. patologiyalar inkişaf edir.

Lakin qyeri təbiii kompanentlərdən ibarət qatqılarla arıqlamaq metodunu inkar edən Bioloji Təbabətdə artıq çəkidən azad olmaq məsələsinə yanaşma fərqlidir. Bioloji Təbabət həkimləri hər xəstəliyin əsasında duran səbəbi araşdırarkən qida faktoruna xüsusi diqqət yetirirlər.

Heç bir xroniki xəstəni onun qidasını korreksiya etmədən müalicə etmək mümkün deyil. Bioloji təbabətdə bu korreksiya müvəqqəti, dəbli pəhrizlər kimi müddətli xarakter daşımır. Bu baxımdan bioloji təbabətdə dietoloqun pasiyenti tək tosqun deyil, xroniki xəstəlikdən əziyyət çəkən hər bir pasiyentdir, hətta onun çəkisi normal olsa belə; yəni ənənəvi dietologiyadan fərqli olaraq, bioloji təbabətdə dietologiya tək çəki korreksiyasına deyil, insanın bütövlükdə sağlamlaşmasına yönəlmişdir.

Bunun üçün həkim –diyetoloqun əlində orqanizmin özünübərpa mexanizmlərini tənzimləyən bioloji təbabət preparatları və üsulları vardır. Onların köməyi ilə yanlış qidalanmanın orqanizmə vurduğu zərər aradan qaldırılır, yeni qida vərdişlərinin aşılanması xeyli asanlaşır və tezləşir; bu vərdişlər həyat tərzinə çevrilərək sağlamlığın bərpasına və onun qorunmasına qulluq edir. Proses bir qədər çətin və zaman tələb edən olsa da, gerçəkdən sağlamlıq əldə etmək istəyən insanlar üçün olduqca vacibdir”.

Həkim dietoloqumuzun sözlərinə görə bu gün gözümüzdən qaçırdığımız önəmli məsələlərdən biri də, daima qida və içdiyimiz suyun tərkibinə sızan sintetik estrogenin təsirindən yarana biləcək problemlərdir. Həmin problemlər isə oranizmdə müəyyən problemlərə yol aça bilir:

1) Süd vəzi və prostat vəzi xərçəngi;
2) Erkən cinsi yetişkənlik
3) Piylənmə
4) Hiperaktivlik
5) Sonsuzluq
6) Düşük sayının artması
7) Diabet
8) İmmun pozulmalar və s”.


Bu problemlərdən isə yalnız Bioloji Təbabətin tətbiq etdiyi uyğulama prosedurları sayəsində qabaqlayıcı tədbir almaq mümkündür.





VOICEPRESS.AZ

Ранее » Xaricdən həkim dəvət etmə halları 3 dəfə azalıb« Далее Müasir tibb aləmində yenilik: “Uğur biotənzimləyici təbabətlə əldə olu...