Ürək çatışmazlığı zamanı dərmansız müalicə

Səhiyyə / Manşet

828

Ürək çatışmazlığı zamanı dərmansız müalicə
Ürək çatışmazlığı zamanı dərman müalicəsi ölüm hallarının və əlilliyin azalmasına səbəb olur. Dərmanların erkən təyini, sol mədəciyin sistolik disfunksiyasının simptomsuz gedişində klinik əlamətlərin qarşısını alır. Ancaq optimal dərman müalicəsinə baxmayaraq, ürək çatışmazlığının III-IV funksional dərəcəsində ölüm faizi yüksək olaraq qalır. Bu xəstələrin çoxu praktiki olaraq əmək qabiliyyətlərini itirir, təkrar həkim müayinələrinə və xəstəxanalarda yatmağa məruz qalırlar.

VOİCEPRESS immunitet.az-a istinadən bildirir ki, ürək çatışmazlığının mülayim və ağır formalarında dərmansız müalicə xəstələrdə simptomların azalması və onların həyat keyfiyyətlərinin artmasına yönəlmişdir. Dərmansız müalicə 3 əsas qrupa bölünür:
1. Fiziki məşqlər və reablitasiya
2. Psixoloji durum və davranışa təsir
3. Xəstənin özünəyardım metoduna yiyələnməsi.
Müəyyən edilmişdir ki, fiziki məşqlər xəstələrdə ürək çatışmazlığının simptomlarının kəskinliyini və sinir sisteminin aktivliyini azaldır, eyni zamanda parasimpatik sinir sisteminin aktivliyini artırır. Nəzərə alsaq ki, parasimpatik sinir sisteminin aktivliyinin azalması ürək çatışmazlığı zamanı ölüm hallarının artmasına səbəb olur, belə nəticəyə gəlmək olar ki, fiziki aktivlik ürəkdə baş verən aritmiyaların sayını azaltmaqla ölüm faizinin aşağı düşməsinə səbəb olur. Fiziki məşqlərdən sonra simpatik sinir sisteminin aktivliyinin azalması onu göstərir ki, doğurdan da uzunmüddətli məşqlər ürək çatışmazlığı zamanı sol mədəciyin disfunksiyasının proqressivləşməsinin qarşısını alır.
Psixoloji duruma və davaranışa təsir göstərən metodlar xəstələrin daxili gərginliyinin azaldılmasına, sakitləşməsinə xidmət edir. Bütün bu metodların məqsədi xəstədə psixoloji gərginliyi azaltmaq və bununla əlaqədar olaraq həyat tərzini dəyişməkdən ibarətdir.
Xəstələrin ailədən aldığı dəstək ürək çatışmazlığı zamanı xəstələri üçün daha çox əhəmiyyət kəsb edir.
Ürək çatışmazlığı xəstələrinin müalicəsinin çətinliyi ancaq kliniki əlamətlərin ağırlığı və xarakteri ilə əlaqədar deyil. Bu həmçinin xəstənin öz xəstəliyi haqqında bilməməsi, həkimlə əməkdaşlıq edə bilməməsi, ürək çatışmazlığı əlamətlərinin erkən müşahidə edə bilməməsdindən, özünə yardım edə bilməməsindən də asılıdır.
Özünəyardımın müsbət nəticəsi aşağıdakılardan asılıdır:
- xəstənin öz xəstəliyi barədə məlumatın dərəcəsinin az olmasından
- xəstəyə yardım edən və psixoloji dəstək duran adamın şəxsi qabiliyyətindən
- xəstənin müalicədən sonra nəticələrin pis olmasını bilməməsindən
- yanaşı gedən xroniki xəstəliklərin ağırlıq dərəcəsindən.
Xəstə bəzi metodlarla özünə yardım edə bilər:
- həkimlə əlaqə saxlayaraq
- qidalanmasına nəzarət edərək
- xörək duzunu azaldaraq
- qəbul etdiyi bütün dərmanların qəbul qaydalarını və dozalarını bilərək
- özündə baş verən patoloji dəyişiklikləri həkimə dərhal xəbər verərək
- gündəlik fiziki aktivliyi planlaşdıraraq.
Xəstəni əhatə edən adamların belə xəstələrlə davranışı da xəstəliyin gedişində mühüm rol oynayır. Dərmansız təsirlər və dərman müalicəsinin birlikdə təsiri isə müalicənin effektivliyini artırır.


VOİCEPRESS.AZ

Ранее » Prezident tapşırıq verdi - həkimlər hamını pulsuz yoxlayacaq« Далее Azərbaycanda həkimlər aborta qarşı çıxdılar
Flag Counter