Bir həftədə 4 kilo arıqladan pəhriz

Qadın dünyası / Manşet

5 554

Bir həftədə 4 kilo arıqladan pəhriz
Qəribə səslənə bilər. Amma bu pəhrizlə bir həftədə 4,5 kilo arıqlamaq mümkündür. Bu pəhrizi tutaraq orqanizminizdə B və C vitaminini də artıra ilərsiniz. VOİCEPRESS.Az bu sehirli pəhrizlə sizi də tanış edir.

1-ci gün: Meyvə

Banandan başqa istədiyiniz meyvəni yeyə bilərsiniz.

2-ci gün: Tərəvəz

Yeyə biləcəyiniz qədər təzə, çiy və ya bişmiş tərəvəz yeyin. Qarğıdalı, paxla kimi bərk tərəvəzlərdən uzaq durun. Amma bir yemək qaşığı kərə yağı ilə sobada bişirilmiş kartof yeyə bilərsiniz.

3-cü gün: Meyvə və tərəvəz

İlk iki günlə eyni proqrama davam edirsiniz, lakin bu gün kartof olmaz.

4-cü gün: Banan və süd məhsulları

Yeyə biləcəyiniz qədər (təxminən 8 dənə) banan yeyin və 8 stəkan süd üçün. (Qatıq da ola bilər)

5-ci gün: Toyuq və pomidor

Bütün gün toyuq, hinduşka və pomidor yeyə bilərsiniz. Amma yediyiniz hər pomidor üçün bir stəkan su içməyiniz əhəmiyyətlidir.

6-cı gün: Toyuq və tərəvəz

İstədiyiniz qədər toyuq və tərəvəz yeyə bilərsiniz. Amma yenə də kartof olmaz.

7-ci gün: Sehrli şorba

Ərzaqlar:

- 4-5 ədəd təzə soğan
- 2 parça kələm
- 2 ədəd yaşıl bibər
- 4 kasa doğranmış pomidor
- 10 dənə doğranmış kərəviz

Hazırlanması:

Bütün ərzaqları doğrayın. Doğradığınız tərəvəzləri bir qazana tökün və hamısını qarışdırın. Qarışımın üstünə çıxana qədər su tökün. 10 dəqiqə qaynadın. Daha sonra az odda tərəvəzlər yumşalana qədər bişirin.

Qeyd: Bu cür pəhrizləri həkiminizə məsləhətləşmədən tətbiq etməyin.


VOİCEPRESS.AZ

Ранее » Yayda yığdığınız artıq çəkidən qurtulun« Далее 40 yaşına çatmış qadınlar oxusun!