Qadınlar bu yaşdan sonra uşaq dünyaya gətirməlidir

Qadın dünyası / Səhiyyə

1 314

Qadınlar bu yaşdan sonra uşaq dünyaya gətirməlidir
Koimbra Universiteti (Portuqaliya) alimləri araşdırma zamanı aşkar ediblər ki, 33 yaşından sonra ilk uşağını dünyaya gətirən qadınlar daha cavan yaşlarda uşaq sahibi olan qadınlarla müqayisədə çox yaşayır.

VOİCEPRESS xəbər verir ki, 33 yaşdan sonra uşaq doğan qadınlarda uzunömürlülüklə bağlı olan genetik markerlərə cavan yaşlarda doğan qadınlarla müqayisədə 3 dəfə daha çox rast gəlinir.

Bundan əvvəl Ohayo Universiteti (ABŞ) alimləri tərəfindən aparılmış araşdırma göstərib ki, 30 yaşa yaxın uşaq dünyaya gətirən qadınlar 15-24 yaşlar arası doğan qadınlarla müqayisədə 40 yaşında daha sağlam idi və özünü daha yaxşı hiss edirdi.

VOİCEPRESS.AZ


Ранее » "Uşaqlarınıza yalnız ana südü verin!" - Pediatr analara çağırış etdi« Далее 6 ayına kimi uşaqlara su verilməlidirmi?