Sızanaqları yox edən güclü vasitə

Qadın dünyası / Manşet

2 666

Sızanaqları yox edən güclü vasitə
Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik.
VOİCEPRESS saglamolun.az-a istinadən bildirir ki, bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir.

"Boltuşka"nın reseptləri çoxdur, sizi bu reseptlərdən biri ilə tanış edirik. Bu resepti rus kosmetoloqu Elena Beloserkovskaya "Komsomolskaya pravda" qəzetinin oxucuları ilə paylaşıb.

Tərkibi:
- 5 həb levomisetin
- 3 həb aspirin
- 50 ml tibbi spirt
- 50 ml borat turşusunun spirtli məhlulu (2%)
Hazırlanması:
Həbləri yaxşı əzin, spirti və borat turşusunu əlavə edin, qarışdırın. Boltuşkanı kişik şüşə butulkaya tökün və soyuducuda saxlayın. Vasitəni hər axşam yatmazdan əvvəl sızanaqlar olan nahiyələrə çəkin (yumaq lazım deyil). İstifadə etdikdən əvvəl vasitəni yaxşı çalxalayın.
Nəzərə almaq lazımdır ki, bu vasitə allergiyaya səbəb ola bilər. Hamilə və əmizdirən qadınlara bu vasitədən istifadə etmək olmaz.

VOİCEPRESS.AZ


Ранее » Əllərdə çatlar: səbəblər və çarələr« Далее Dukan pəhriz ilə arıqla -1-ci mərhələ