Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar

Qadın dünyası / Manşet

6 024

Bu qızlar
Shani Boutique Restaurant&Club-da "ElTur production"ın təqdim etdiyi Beauty Queen of Azerbaijan (Azərbaycanın Gözəllik Kraliçası) layihəsinin növbəti və sonuncu kastinqi keçirildi.

VOİCEPRESS xəbər verir ki, yarışın münsif heyətində Azərbaycanın tanınmış simalari - əməkdar artist, müğənni və bəstəkar Tünzalə Ağayeva, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, modelyer-dizayner Afaq İsmayılzadə, stilistər Syama və Nəsir Babayev, aktyor-aparıcı Şəhriyar Əbilov, Aymoment photo studiyasının rəhbəri Aynur Babaxanova və layihə rəhbəri Elmir İsmayılov olub.
Podiumda ümumilikdə 24 gənc xanım özünü sınadı.

Kastinqdə jurnalistlərin sualını cavablandıran layihənin icraçı direktoru Türkan Novruzova yarışın final mərhələsinin fevral ayında keçiriləcəyini bildirdi.

Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışının yarımfinal/final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin - Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları - Ece Seçkin, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir. Gözəllik kraliçası yarışında 1-ci yerin sahibi qızıl tac və ya pul mükafatına, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcəklər. Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.

Seçilmiş ən gözəl xanım - Beauty Queen of Azerbaijan olacaqdır. Layihənin rəhbəri - Azərbaycanın Türkiyədəki aktyoru Elmir İsmayılov, icraçı direktoru - Türkan Novruzova, prodüseri isə Orxan Salmandır.
Əlaqə nöm.: +99470-938-08-18 Orxan Salman
Facebook : Beauty Queen of azerbaijan
Instaqram: beautyqueenaz
Beautyqueenazerbaijan@gmail.com

Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar

Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar

Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar

Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar

Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar

Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar

Bu qızlar "Azərbaycanın Gözəllik Kraliçası" adına iddialıdırlar


VOİCEPRESS.AZ


Ранее » Gündə 1 armud arıqlamağınıza yardım edəcək« Далее 2017-ci ilin dəbli gəlinlik geyimləri