Cəmi 4 gün qaldı! Keloğlan Bakıda Alma Şəkəri Festivalı keçirir

Mədəniyyət / Manşet

1 354

Cəmi 4 gün qaldı! Keloğlan Bakıda Alma Şəkəri Festivalı keçirir
Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə Keloğlan Masalları Müzikali təqdim olunacaq.

VOİCEPRESS.Az xəbər verir ki, Keloğlan Masalları kəndində illərcə Alma Şəkəri Festivalı keçirilirdi. Qaravəzir bu festivalı uzun müddətdir yasaqlayıb. Bunu öyrənən Keloğlan və dostları, Qaravəzir və mühafizəçilərinə baxmayaraq Alma Şəkəri Festivalını reallaşdıra biləcəklərmi? Bu suala cavab tapmaq istəyən uşaqları interaktiv müzikl-tamaşaya dəvət edirik.
Yalnız bir gün və iki seans olacaq müzikl mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 8 manatdan başlayır. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.


VOİCEPRESS.AZ


Ранее » Aybəniz Haşımova əməliyyat olunacaq« Далее Həyat yoldaşından ayrılan, işgəncəyə məruz qalan, məmurla se...
Flag Counter