Anar da Rüstəm Behrudinin istefasından danışdı

Mədəniyyət / Manşet

1 227

Anar da Rüstəm Behrudinin istefasından danışdı
"Rüstəm Behrudi tələskənlik edib".

VOİCEPRESS.Az bildirir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Rüstəm Behrudinin sözügedən qurumdan istefa bəyanatına münasibət bildirərkən deyib. AYB sədrinin sözlərinə görə, tələsməyə ehtiyac yox idi: "Təbrik də olacaq, tədbir də. Sadəcə indi Yazıçılar Birliyinin binası təmirdədir.

Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzniyyədən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik".

Anar R.Behrudini istedadlı şair adlandırıb və deyib ki, o, olduqca tələsik qərar verib. "Bəlkə reklam, piar üçündür" deyə versiya yürüdən AYB sədri daha sonra vurğylayıb: "Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir".


VOİCEPRESS.AZ

Ранее » Xalq artisti Danimarkaya gedir« Далее "Heç olmasa xalq artisti adını hörmətsiz eləməsinlər"
Flag Counter