"Bu, bayram günündə mənə ən böyük hədiyyə idi" - Xərçəngə tutulan rejissor

Mədəniyyət / Manşet

1 696

Bu gün Heydər Əliyev Fondundan mənə zəng edib xəstəliyim, necə başlaması haqda maraqlandılar.
Bu sözləri axşam.az-a xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə deyib:

"Zəng vurub diqqətə almaları məni sevindirir. Buna görə təşəkkür edirəm. İnanıram ki, mənə müalicə üçün dəstək olacaqlar. Bu dəstəyə çox ehtiyacım var. Bu, Qurban bayramı günündə dövlətimin mənə ən böyük hədiyyəsi idi".

Qeyd edək ki, rejissorun müalicəsi üçün külli miqdarda məbləğ tələb olunur. Eyni zamanda 1+ qan lazımdır.


VOİCEPRESS.AZ

Ранее » Ukrayna "Eurovision 2017"ni harada keçirəcəyinə qərar verdi« Далее Aparıcı Kəmalə burun əməliyyatından sonra
Flag Counter