"İlk növbədə Allahımdan bağışlanmağımı dua edirəm"

Mədəniyyət / Manşet

1 695

Məşhur rejissor Şahin Zəkizadə xəstəliyi ilə bağlı məlumat yayıb.

VOİCEPRESS.Az xəbər verir ki, o, mətbuatda dərc olunan xəbərlərin doğru olduğunu qeyd edib.

Rejissor bildirib ki, hər kəsin dəstəyinə ehtiyacı var:

"Allahın salamı olsun, əziz dostlarım, qohumlarım, məni tanıyan və tanımayan hər kəsə... Mənimlə bu günlərdə olduğunuz üçün təşəkkür edirəm. Reallıqla barışmaq çətin olsa da, bildikləriniz düzdür.

İlk növbədə Allahımdan bağışlanmağımı dua edirəm. Sizdən kiminsə nə vaxtsa ya haqqına girmişəm, ya xətrinə dəymişəmsə, halal edin. Elə bil ki, yuxu görürəm... Bu yuxudan ayılmaq üçün dəstəyinizə və dualarınıza böyük ehtiyacım var. Allah hər birinizi qorusun".

Xatırladaq ki, ötən gün Zəkizadənin analizlərinin nəticələri açıqlanıb.

Ona qan xərçəngi diaqnozu qoyulub.

Qeyd edək ki, rejissor eks-model Səbinə Zəkizadə ilə evlidir, Əli adlı bir oğlu var. Onun birinci evliliyindən isə bir qızı var.


VOİCEPRESS.AZ

Ранее » Musiqili Teatrın 107-ci mövsümü Milli Musiqi Günündə« Далее "O səs Türkiyə"də Ebru Gündeşi o əvəz etdi
Flag Counter