İtən azərbaycanlı aktyor ölübmü?

Mədəniyyət / Manşet

9 489

İtən azərbaycanlı aktyor ölübmü?
Bir müddət öncə itkin düşdüyü deyilən gənc aktyor Emil Tahirovun ölüm xəbəri yayılıb.

VOİCEPRESS.Az bildirir ki, minval.az saytının yaydığı xəbərə görə, aktyor Buzovna Xəstəxanasında sirroz xəstəliyindən dünyasını dəyişib.

Aktyor ölümündən əvvəl sosial şəbəkədə həyatdan bezməsi və yaşamaq istəməməsi ilə bağlı status da paylaşıb.

Amma aktyorun əvvəllər fəaliyyət göstərdiyi Rus Dram Teatrının direktor müavini İlham Məmmədovun publika.az-a açıqlamasında xəbərə münasibəti belə olub: "Emil əvvəllər bizdə işləyib, sonradan işdən getmişdi. O itib, haraya getdiyi bilinmir. Bəlkə də Rusiyadadır, dəqiq bilmirik. Amma 200 faiz inanıram ki, o ölməyib".

Qeyd edək ki, Emil Tahirov 1997-ci ildə Bakı şəhərinin 68 N-li texniki-peşə məktəbini bitirib. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyoru kimi fəaliyyət göstərib. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda iştirak edib. Teatrda Umbert (E.de Filippo "Filumena Marturano"), Həkim (Q.Qorin "Kin IV"), Dcud (B.Sleyd "Çestvovaniye"), Viktor (A.Qalin "Konkurs"), Topal (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar yaradıb. KVN teatrında da çalışan aktyor bir müddət öncə məşhur telefon şirkətlərinin birinin reklam çarxında da çəkilib.


VOİCEPRESS.AZ

Ранее » Xalq artistinin vəziyyəti ağırdır« Далее Müğənni helikopterdə faciəvi şəkildə öldü