Əli Mirəliyev: "Flora Zeynəbə dil uzatmaz"

Mədəniyyət / Manşet

1 041

Əli Mirəliyev:
"Hər şeyi arada söz aparıb-gətirənlər edirlər".

VOİCEPRESS.Az axar.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Əli Mirəliyev Flora Kərimovanın xalq artisti Zeynəb Xanlarovanın ünvanına kəskin fikirlər səsləndirməsi haqda danışarkən deyib. O, həmin sözləri Flora Kərimovanın dediyinə inanmadığını bildirib:

"Mən inanmıram ki, Flora xanım Zeynəb xanım haqda elə sözlər işlətsin. Bu, yüz faiz arada söz aparıb-gətirənlərin uydurmasıdır. Yoxsa Flora heç vaxt Zeynəb xanıma dil uzatmaz. İkisi də böyük sənətkardır. Aralarını vurmağa çalışırlar".

Xatırladaq ki, F.Kərimovanın Zeynəb Xanlarova barəsində "onun səsi yoxdur, Ələkbər Tağıyevin çörəyini yeyir" deməsi ilə bağlı xəbərdən sonra qalmaqal yaranıb. Əks-reaksiyalardan sonra Flora Kərimova Zeynəb Xanlarovaya qarşı ittihamlarını daha da artırıb.

VOİCEPRESS.AZ

Ранее » Faiq Ağayev fərqli imicdə« Далее Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Səyavuş Asla...