Böyük bir talantın qət etdiyi zirvələr...

Mədəniyyət / Manşet

3 024

Böyük bir talantın qət etdiyi zirvələr...
Zirvə elə bir yoldur ki, onu qət etmək üçün böyük talanta sahib olmaq gərəkir. Çünki talant və istedad zirvələri fəth edəcək yeganə vasitədir. Bəzən ağıl və zəka ilə yanaşı insanın o kiçicik barmaqlarının füsünkar istedadı da, insanı valeh etməyi bacarır. Günay Mehdizadə də, belə talantlardan biridir.
Böyük bir talantın qət etdiyi zirvələr...
Elə bir istedada malikdir ki, səsi-sorağı yalnız Azərbaycanın baş ucalığı deyil, o əvəzolunmaz istedad eyni zamanda Türkiyə və İspaniya mədəniyyətinə də damla-damla öz füsünkar ruhunu yansıtmağı bacarmışdır. Əsərlərində millilik, türkçülük, millətçilik, vətənpərvərlik var onun. Bütün bu nüansları o adi fırça və ağ kətan ilə xaliqələr yaradaraq, gözləri oxşamağa, insan zəkasını düşünməyə vadar edir.

17-21 oktyabr tarixlərində Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə "Rənglərin Qardaşlığı" adlı layihə həyata keçirildi. Layihə çərçivəsində Türkiyəli rəssamların Azərbaycana səfəri məhz Günay Mehdizadənin kuratorluğu ilə baş tutdu. Bir çox türk rəssamlarının rəsmlərinin sərgiləndiyi bir ortamda, Günay Mehdizadənin türkçülük və milli ruhda çəkilmiş rəsmləri xüsusi ilə seçilirdi. Çünki Günay Mehdizadənin hər bir əsərində zəngin xəyal gücü və diqqətləri adidən yüksəyə yuvarlatmağı bacaran bir rəssamlıq duyğusu var.

Muzey Mərkəzində keçirilən sərgiyə yetişmək üçün pilləkanları tələsərək yuxarı qalxan gəncləri gördükcə, başqa-başqa dövlətlərdən gələn yaşlı nəslin nümayəndələrinin sərgiyə tələsdiyini, tanınmış simaların gözlərindəki o qürurlu parıltını müşahidə etdikcə, əslində belə rəssamımızın olmasından dolayı daxilən bir qürur hissi duyursan. Fəxarət hissi ilə yorulmadan, usanmadan Günay Mehdizadənin çəkdiyi rəsmləri izləmək istəyirsən...İzlədikcə ruhunun xaliqələr yaradan istedadın əbədiyyatın rəngarəng ahəngi altında uçuşduğunu duyursan.

Uşaqdan böyüyə, hər təbəqənin diqqətini bir rəsm əsərinə kökləmək hər bir rəssamın işi deyil. Günay Mehdizadə isə bu missiyanın öhdəsindən layiqincə gəlir.

Günay Mehdizadənin daha bir özəlliyi ondan ibarətdir ki, o heç bir zaman “Mən də varam” demir. Çünki onun mədəni niyyətlə yoğrulan zəkası və füsünkar istedadının vəhdətini Azərbaycan mədəniyyətində yeni əsrdə doğan bir günəş adlandırmaq olar. O sadəcə fırça və bəyaz kətanına sarılıb zəka və xəyal gücü ilə öz fikirlərini rəngarəng giysilərlə əks etdirir.

Yaranan möhtəşəm əsərlər isə bütün rəng çalarlarına sanki söz haqqı verir. Çünki Günay Mehdizadənin əsərlərində hər bir rəng danışır. Günay Mehdizadənin əsərlərində rənglər öz söz haqlarını inadkarcasına tamaşaçılara fısıldamağı, bəzən pıçıltı ilə rəssamın duyğularını anlatmağı bacarır. Bütün bu xüsusiyyətlər isə məntiqə köklənən yeni yaranan rəsm əsərinin başlanğıcıdır...

Böyük bir talantın qət etdiyi zirvələr...
Böyük bir talantın qət etdiyi zirvələr...
Böyük bir talantın qət etdiyi zirvələr...


Ü. Musazadə
VOİCEPRESS.AZ

Ранее » “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyas...« Далее Yaşar Nurinin xanımı: "O Firəngizi sevməsəydi, inandırıcı oy...
Flag Counter