Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib

Mədəniyyət / Manşet

2 772

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin şagirdləri Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Musiqi-rəng-rəqs” adlı konsertlə çıxış ediblər.

İdarədən VOİCEPRESS-ə verilən məlumata görə, konsert görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyinə və onun adını daşıyan 6 nömrəli onbirillik İncəsənət məktəbinin yaradılmasının 55-illiyinə həsr olunub.

Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsinin rəis müavinləri Nazim Əliyev, Gülnarə Seyidova, Gənclər və İdman idarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları Binəqədi rayon YAP ilk partiya təşkilatları və digər qonaqlar iştirak ediblər.

İlk öncə məktəbin rəssamlıq şöbəsi “Musiqi-rəqs-rəng” mövzusunda öz əl işlərini təqdim edib, professor, əməkdar müəllim Adilə Yusifovanın tərtib etdiyi səhnəcik tamaşaçıların diqqətinə çatdırılıb. Şagirdlərin əllərində rəsm əsərləri oynaq ritmlərin ahəngində sanki bir anda canlanır, hərəkətə gəlir, incəsənətin-musiqi, rəqs, rəssamlıq kimi növlərini vahid fikir altında birləşdirirdi. Həmçinin “Odlar yurdu” rəqs kollektivinin ifasında “Qavalla rəqs” və “Azərbaycan süitası” rəqsləri də dinləyicilərin gürultulu alqışları ilə qarşılanıb

Daha sonra müxtəlif müsabiqələrdə uğurlu nəticələr göstərmiş məktəbin istedadlı şagirdləri Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Dövlət Kamera Orkestrının müşayəti ilə bu mötəbər səhnədə əsl peşəkarcasına ifalar təqdim ediblər.

Konsertin proqramına həm Azərbaycan həm də xarici ölkə bəstəkarlarının əsərləri daxil edilmişdir.

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib

Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə konsert keçirilib



VOİCEPRESS.AZ


Ранее » Sona Vəliyevanın poeziyasında sufi və hürufiliyə dönüş« Далее O, Azərbaycanın xalq artistidir - Dina Tumarkinanın yubileyi qeyd e...
Flag Counter