ART qrupunun nəaliyyətləri artmaqdadır

Mədəniyyət / Manşet

2 232

ART qrupunun nəaliyyətləri artmaqdadır
Bu gün oxucularımıza musiqinin mahir ifaçılarından üçlükdən ibarət olan bir qrupdan söz açacağıq. İfa tərzləri, istedadları və səhnə mədəniyyətləri ilə bir çox sənət insanlarından fərqlənən "ART" qrupu haqqında sizlərə məlumat vermək istədik. Bu qrupun üzvləri tək səhnə mədəniyyəti ilə deyil , ürəkləri fəth edəcək səsləri və ifaları ilə yaddaşlarda qalırlar."ART" qrupunun adı hardan qaynaqlanır və mənası nədir? Heç bu haqda düşünən olubmu?
VOİCEPRESS DJB.az-a istinadən "ART" qrupu haqqda məlumatı təqdim edir:
İngilis sözü olan ART İncəsənət deməkdir. İncə sənətin incəsənət nümayəndələrindən danışacağıq. İlk öncə qrupun rəhbəri Niyazi Şeydayevdən söz açacağıq. O, qrup haqqında çox yüksək fikirlər söylədi. Qrup üzvlərinin səhnə mədəniyyəti, onların intelektual səviyyələrindən, ifalarından söz açdı. "ART" qrupa rəhbər seçilməsi təklifini aldıqda məmuniyyətlə qəbul edərək təkrar sevdiyi işlə məşğul olacağını bildirən Niyazi Şeydayev haqqında tam ətraflı məlumatla tezliklə oxucularımızın qarşısında olacağıq. İndisə qrupun üzvləri ilə tanış olaq .

Anar Talehoğlu iki ildir ki, qrupda fəaliyyət göstərir. Musiqiçi ailəsində dünyaya göz açan Anarın atası rəhmətliyin də musiqiçi olduğu, anasının da hal hazırda qarmon ifaçısı olduğunu öyrəndik. Anar Talehoğlu ilə apardığımız söhbət əsnasında onu da öyrəndik ki, o gözünü dünyaya açan gündən ailələrində musiqi sədaları altında boya-başa çatıb. Orta məktəbdə təhsil alarkən belə məktəbin özfəaliyyət dərnəyində, ansanblın ifaçılarından olub. Beləcə təməli sevgi bə musiqi ilə yoğrulan Anar Talehoğlu axır ki, öz istəy və arzusuna çatdı və "ART" qrupun yaradıcı heyətlərindən biri oldu.Ona məqsədlərinə çatmağı arzu edirik.

Qrupun ikinci üzvü Telman Musaoğlu Şirəliyev İmişli rayonun Bəhrəmtəpə qəsəbəsində dünyaya göz açıb. Uşaq yaşlarından musiqinin vurğunu olaraq mahnılar ifa edib. Hətta təhsil aldığı məktəbin direktoru onun ifalarını çox bəyəndiyi üçün dərsdən sonra Telmanı tez-tez müəllimər otağına dəvət edər və onun ifasında mahnıları dinlərmiş. Bir gün Ulu Öndər Heydər Əliyevin ad günü ilə bağlı rayonlar arası müsabiqə keçirilir və o müsabiqənin qalibi olaraq l- ci yerə layiq görülür. O zaman Rayon İcra Hakimiyyətinin başçısı olan Əli Məmmədov Heydər Əliyev haqqında yazılan kitabı Telmana hədiyyə edir. Və 14 yaşlı Telman İslam Rzayev adına musiqi məktəbinə gətirilir və o təhsilini orada davam etdirir. Sabir Mirzəyevdən , Qaraxan Behbudovdan muğam dərsi alır.O gün bu gün oxumağa başlayır.
1997-ci ildə Niyazi müəllim Səttərxan Mədəniyyət sarayında fəaliyyət göstərən ansanblın rəhbəri və dövlət tədbirlərinin təşkilatçısı idi.Onun tərəfindən tədbirlərə tez-tez dəvət alırdıq. Biz ART qrupu yaratdıqda bizə yol göstərə biləcək bir rəhbərə ehtiyac duyduğ və Niyazi müəllimin bu sahənin bilicisi, savadlı, səriştəli profesional biri olaraq tanıdığımız üçün onu rəhbər görmək arzumuzu bildirdik. Bu gün təklifimizi qəbul edərək bizimlə çalışan ağsaqqal Niyazi Şeydayev hər birimizə övlad sevgisi ilə yanaşır.

Qrupun bir başqa üzvü isə Elvin İbrahimoğlu Ağayev 11-12 yaşlarından musiqi ilə məşğul olduğunu bildirdi. Musiqi sahəsindəki fəaliyyəti məs " İstedad pöhrəsi " müsabiqəsindən başladı. 1999- cu ildə ilk dəfə Rəşid Behbudov adına Dram teatrda sola konsert verib Qrampri mükafatına layiq görülür. Əsl sənətkar olan Mənsum İbrahimov, Nəzakət xanımdan, Konservatoriada vokal dərslər alır. Ruhəngiz Allahverdiyevanın "Qraf " qrupunda çalışır və şadlıq evlərində ifa edir. Bir neçə ay bundan öncə "ART" qrupda çalışmaq üçün Telman Musaoğlu tərəfdən dəvət alır və bu gün bu qrupda çalışır.

P.S. Biz apardığımız söhbət əsnasında onu da öyrəndik ki, "ART" qrupu yeni bir klipin çəkilişi üzərində işləyirlər. Qarşıdan gələn isti, günəşli yay havasında klip haqqında ilk məlumatı bizdən alacaqsınız. "ART" qrupun rəhbərliyinə və kollektivinə VOİCEPRESS beynəlxalq informasiya portalı adından yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

ART qrupunun nəaliyyətləri artmaqdadır

ART qrupunun nəaliyyətləri artmaqdadır

ART qrupunun nəaliyyətləri artmaqdadır

ART qrupunun nəaliyyətləri artmaqdadır

ART qrupunun nəaliyyətləri artmaqdadır

ART qrupunun nəaliyyətləri artmaqdadır

ART qrupunun nəaliyyətləri artmaqdadır

VOİCEPRESS.AZ


Ранее » “Kitabsevərlər” qrupu 14- cü nəşrini təqdim edir!« Далее Xalq artisti pis vəziyyətdədir: "Dualarınıza ehtiyacım var"
Flag Counter