“Kitabsevərlər” qrupu 14- cü nəşrini təqdim edir!

Mədəniyyət / Manşet

2 052

“Kitabsevərlər” qrupu 14- cü nəşrini təqdim edir!
“Məhkumluqda yaşamağı qorilladan çox kim bilər ki?

Kitabsevərlər ictimai birliyi uzun zamandır ki, kitab adına təmənnasız işlər görməkdədirlər. Qrupun bu günədək 13 kitabı işıq üzü görüb, oxucu kütləsinin ixtiyarına verilib.
VOİCEPRESS bildirir ki, “Kitabsevərlər” qrupu sayca 14- cü nəşrini biz oxuculara təqdim edir. Daniel Kuinin 20- dən çox dilə tərcümə olunan “İsmayıl” romanı gənc yazar Səbuhi Şahmursoyun tərcüməsində işıq üzü görüb.

"Elə buna görə də İsmayıl öz çərçivələrinin qəfəsindən azad olmaq üçün insanlara kömək etmək istəyir. O, insanları deyil, onların planetdəki bütün həyat formalarının əzab çəkdiyi dağıdıcı mədəniyyətini tənqid edir. Bizim sivilizasiyanın mənbəyini tədqiq edib insanla təbiətin vəhdətinə dair xeyli misal taparaq keçmişə yox, şüurlu sistem üzərindən dünyaya müasir nəzərlə baxmağa çağırır.”

Əsərin təqdimatında iştirak etmək istəyənlər aprelin 16- da saat 13-30- dan 16-00- dək Kitabevim.az Kitab Evində keçiriləcək təqdimata buyura bilər.

Gəlin, hansı tərəfdə olduğunuzu müəyyənləşdirin – Razısınız, yoxsa Narazı?


Xəyalə Murad

VOİCEPRESS.AZ





Ранее » Gənc Tamaşaçılar Teatrının aprel repertuarı - CƏDVƏL« Далее ART qrupunun nəaliyyətləri artmaqdadır