• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

"Eurovision 2017" təmsilçimiz: "Müsabiqədən sonra..."

Ölkəmizi "Eurovision 2017" mahnı müsabiqəsində təmsil edəcək Diana Hacıyeva media nümayəndələri ilə görüşüb.

VOİCEPRESS axşam.az-a istinadən bildirir ki, ifaçı solisti olduğu "Dihaj" qrupu ilə yeni klipini təqdim edib.

D.Hacıyeva jurnalistlərin suallarını cavablandırıb. Yeni ekran işindən danışan müğənni bildirib ki, mahnının sözləri Uran, musiqisini Dihaj yazıb:

"Qrupumuzda üç nəfər fəaliyyət göstərir. Klip üzərində böyük komanda işləyib. Hətta Gürcüstandan yaradıcı heyət də gətirmişik. Ekran əsərində Fuad Həsənov və İbrahim İbrahimovun böyük əziyyəti olub. Onlar mənə rep oxumağı öyrədiblər.

İnsanlar sevgini fərqli formada yaşayır. Klipdə əsas məqsədimiz odur ki, insan özünə xəyanət etməsin və heç kimi mühakimə etməsin. Belə bir söz var, "Mühakimə etmə ki, mühakimə olunmayasan". Bu söz Azərbaycana aid deyil, ümumi dünyada baş verən hadisələrə aiddir. Qrupumuz Yeni ildən sonra da fəaliyyətinə davam edəcək".

Diana "Eurovision" müsabiqəsinə qatılmasından bəhs edib:

"Yarışmaya hazırlaşdığım üçün qrupumuzla işləyə bilməyəcəyəm. Müsabiqədən sonra işbirliyimizə yenidən davam edəcəyik".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter