• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Cəsarət Valehov: "İndiyədək peşə məktəblərinə aşağı qiymətlə oxuyan şagirdlər qəbul olurdular"

"İndiyədək peşə məktəblərinə daha çox aşağı qiymətlə oxuyan şagirdlər qəbul olurdular. Bu il isə peşə məktəblərinə qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi "4"-dən yuxarı olub".

VOİCEPRESS.Az bildirir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq "ASAN peşə" layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. Təhsil Nazirliyi ilə "ASAN xidmət" arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

C.Valehov deyib ki, kimya üzrə Nobel mükafatçıları arasında yeni yaradılan UFAZ universitetinin müəllimi professor Jan Pyer Davic də də var.

Sektor müdiri əlavə edib ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter