Süni intellekt 2075-ci ildə bəşəriyyəti məhv edə bilər

Elm və kəşf / Manşet

1 578

Süni intellekt 2075-ci ildə bəşəriyyəti məhv edə bilər
Alimlər hesab edirlər ki, yaxın 60 il ərzində süni intellekt bütün bəşəriyyəti məhv edə bilər.

VOİCEPRESS.Az-ın "İnforming"ə istinadən xəbərinə görə, Oksford Universitetinin mütəxəssisləri bir sıra eksperimental tədqiqatlar apardıqdan sonra belə sensasion və qorxunc bəyanatla çıxış ediblər.

Texniki inqilabın risk dərəcəsini qiymətləndirən alimlər təxminən 60 ildən sonra süni intellektin, əvvəllər filmlərdə dəfələrlə göstərildiyi kimi, bəşər övladını tam məhv edə biləcəyini vurğulayıblar. Onların fikrincə, 6 ildən sonra robotlar 10% insan kimi, 2040-cı ildə 50% insan kimi, 2075-ci ildə isə tamamilə insan kimi düşünəcəklər.

Alimlər artıq müstəqil şəkildə inkişaf edən süni intellektin təşəkkülünün qarşısını almaq iqtidarında olmadıqlarını təəssüf hissi ilə qeyd edirlər.


VOİCEPRESS.AZ

Ранее » iMessenger-də yenilik: Artıq seçim etmək asan olacaq« Далее Marsa uçuş reallaşır: Mühərrik sınaqdan çıxarıldı