Doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcək

Elm və kəşv / Manşet

1 257

Doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcək
Azərbaycanda doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcək.
VOİCEPRESS.Az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli AMEA-nın Reyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

İ.Həbibbəyli qeyd edib ki, bu ildən bakalavr səviyyəsi üzrə təhsil alanlara təhsil kreditlərinin verilməsinə başlanılıb:

"Gələn ildən isə doktoranturada təhsil alanlara da bu kreditlər veriləcək. Həmin kreditləri doktoranturanı bitirənlər 10 ildən sonra ödəyəcəklər. Təhsil Nazirliyi müəyyən edib ki, 1 tələbənin 4 il ərzində təhsil xərcini ödəməsi üçün 20 min dollar, doktorantura üzrə xərclər isə 25-30 min dollar olacaq".


VOİCEPRESS.AZ

Ранее » Bakı Slavyan Universitetində fakültə bağlandı« Далее Təhsil Nazirliyindən məktəbli formaları ilə bağlı müraciət