Kolleclərə qəbul olanlar, oxuyun!

Elm və kəşv / Manşet

1 143

Kolleclərə qəbul olanlar, oxuyun!
Bu gündən Azərbaycanın tam orta (11-illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.

VOİCEPRESS.Az xəbər verir ki, bu proses sentyabrın 10-dək davam edəcək.

Qəbul olanlar sentyabrın 6-dan 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Qeyd edək ki, boş qalan 1220 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5629 abituriyent ərizə təqdim edib. Onlardan 1077 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.


VOİCEPRESS.AZ

Ранее » "Nazirlik razı olmasaydı, deyərdi ki, söküntünü dayandırın..."« Далее Bakı Slavyan Universitetində fakültə bağlandı