Yüksək bal toplayan tələbələrin dövlət ali məktəblərini seçməsi nə ilə bağlıdır?

Elm və kəşf / Manşet

10 989

Yüksək bal toplayan tələbələrin dövlət ali məktəblərini seçməsi nə ilə bağlıdır?
Bu il yüksək bal toplayan tələbələr özəl universitetləri deyil, məhz dövlət ali məktəblərini seçiblər. Belə ki, 600-dən çox bal toplayan 291 tələbə Bakı Dövlət İqtisad Universitetini seçib. Bu rəqəm 2013-cü ildə 49, 2014-cü ildə 92, 2015-ci ildə isə 103 nəfər olub. 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib.

VOİCEPRESS.Az bildirir ki, təhsil eksperti Vurğun Əyyub qeyd edib ki, özəl ali məktəblərə bir növ güvənsizlik yaranır: "Təbii ki, bu tendensiya ciddi olaraq araşdırlmalıdır. Çünki, insanların seçimləri nələrəsə əsaslanır. Bu baxımdan bu nəticələri araşdırma aparmadan dəyərləndirmək o qədər də düzgün deyil. Amma ilk olaraq anlaşılan budur ki, özəl ali məktəblərə bir növ güvənsizlik yaranır. Azərbaycanda hələ də sovet dövrünün təfəkkürü hökm sürür. Əgər bir qurum dövlətindirsə deməli o daha çox güvənilən bir yerdir. Düşünürəm yüksək bal toplayan tələbələrin özəl deyil, dövlət ali məktəblərini seçməsinin əsas səbəblərindən biri budur. Burada daha yaxşı təhsilin hansı universitetdə verilməsi anlayışı seçimə o qədər təsir etməyib. Azərbaycanda ümumiyyətlə özəl struktura güvənsizlik var. Tələbələr də düşünüblər ki, ali məktəbi bitirdikdə, işə qəbul edildikdə də bunun mühüm rolu olacaq. Bu il Qafqaz Universiteti ilə yaşanan olayar da bu seçimlərə ciddi təsir edib. Ümumiyyətlə özəl qurumların başına gətirilənlər insanlarda özəl strukturlara ciddi olaraq güvənsizlik yaradır".


VOİCEPRESS.AZ

« Далее Azərbaycanlı gənc ABŞ-da elmi inqilab edib