• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

BDU-da “Prezident İlham Əliyevin siyasəti: Güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib

BDU-da “Prezident İlham Əliyevin siyasəti: Güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib
Bakı Dövlət Universitetində “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik mövzusunda konfrans keçirilib.

VOICEPRESS.AZ xəbər verir ki, mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizəyə dair tədbirlər planı çərçivəsində keçirilən konfransı Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov açaraq onun əhəmiyyətindən danışıb və işinə uğurlar arzulayıb.

F.Qurbanov müstəqillik əldə etdikdən sonra ölkədəki vəziyyətdən, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitliyin bərqarar olmasından və sosial-iqtisadi inkişafın yüksək səviyyədə qurulmasından bəhs edib. Eyni zamanda, böyük enerji layihələrinin həyata keçirilməsinin, “Əsrin kontraktı”nın imzalanmasından sonra transmilli şirkətlərin ölkəmizə sərmayə qoyuluşunun, dövlətin iqtisadi təməlinin yüksək səviyyədə qurulmasının bütün sahələrdə dayanıqlı inkişafa zəmin yaratdığını vurğulayıb.

F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən illər ərzində ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilərin yüksək səviyyədə olduğunu, valyuta ehtiyatlarının xarici borcunu dəfələrlə üstələdiyini, regionaların inkişafını, bu istiqamətdə yeni müasir infrastrukturun yaradıldığını qeyd edib. Ölkəmizin böyük tədbirlərə və idman yarışlarına ev sahibliyini etdiyini qeyd edən F.Qurbanov bu qərarların qəbuluda ölkənin sosial-iqtisadi inkişafının, sabitliyinin əsas amil kimi götürlüdyünü vurğulayıb. F.Qurbanov Prezident İlham Əliyevin şəhid ailələri, müharibə veteranları və əlilləri, məcburi köçkünlərin problemlərinin həlli, minimum əmək haqqının qaldırılması, tələbələrin və doktorantların təqaüdlərinin artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında qəbul etdiyi qərarları, gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə gördüyü genişmiqyaslı işləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan qadınlarının müxtəlif sahələrdə təmsil olunmasından danışan Ailə, Qadın və Uşqar Problemləri üzrə Dövlət Komitəsinin sədri Hisran Hüseynova, eyni zamanda, ailə strategiyası layihəsi və ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilməsi və dünyada nümunə kimi qəbul edilməsindən danışıb. Eyni zamanda Azərbaycanın dünyada həmrəyliyin inkişafına dəstəyi, ölkəmizdə multikulturalizm və İslam həmrəyliyi, bütün dinlərin nümayəndələrinin sülh və tolerant şəraitdə yaşaması barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən bəhs edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin dünyamiqyaslı tədbirlərin, forumların, yarışların keçirilidiyi məkana çevrildiyini qeyd edib.

Çıxış edən Tarix fakültəsinin professoru Nuru Məmmədov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ölkəmizin regionda və beynəlxalq aləmdə günü-gündən artan nüfuzundan bəhs edib.

Filologiya fakültəsinin tələbəsi Əliqulu Bədirli isə Azərbaycanda gənclər siyasətindən danışaraq Prezident İlham Əliyevin “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamını tələbələrin dövlət qayğısı ilə əhatə olunmasının göstəricisi olduğunu diqqətə çatdırıb.

BDU-da “Prezident İlham Əliyevin siyasəti: Güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib
BDU-da “Prezident İlham Əliyevin siyasəti: Güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib







VOICEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter