AMEA-nın gənc aliminin adı dünyada yüksək istinad almış alimlərin siyahısında - FOTO

Elm və kəşf / Manşet

180

AMEA-nın gənc aliminin adı dünyada yüksək istinad almış alimlərin siyahısında - FOTO

AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev “Clarivate Analytics” (Thomson Reuters) və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb.

AMEA-dan VOİCEPRESS.AZ-a bildirilib ki, alim bu yüksək mükafatı “Web of Science”də yüksək istinad almış iki məqalənin müəllifi nominasiyasına görə qazanıb.

Məlumat üçün bildirək ki, bu günlərdə “Clarivate Analytics” şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. Clarivate Analytics – elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, “Web of Science” məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir. Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1%-i bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alim reytinqə daxil olub. Onların sırasında Azərbaycandan Ə.Sucayevin də adı yer alır.

Bu münasibətlə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbirdə gənc alim Ə.Sucayevə diplomu “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reis təqdim edib.






VOİCEPRESS.AZ

Ранее » Tələbə davamiyyəti yeni qaydalarla yoxlanılsın - TƏKLİF« Далее BANM tələbələri II Respublika İnnovasiya Müsabiqəsinin qalibi o...