187 saylı orta məktəbin şagirdi Məhəmməd: “Anam həmişə deyir ki, Prezidentimizin sevgi dolu, böyük ürəyi var. Orada hər bir azərbaycanlı üçün yer var...”

Elm və kəşv / Manşet

2 709

187 saylı orta məktəbin  şagirdi Məhəmməd: “Anam həmişə deyir ki, Prezidentimizin  sevgi dolu, böyük  ürəyi var. Orada hər bir azərbaycanlı üçün yer var...”
“Məktəbdən evə dönəndə, gündəliyimdəki beşləri anama göstərə bilmirəm. Nənəmə, atama göstərirəm, amma heç kəs anam kimi sevinmir...”


İlk öncə Təhsil nazirliyi rəhbərliyinə, ailə vəziyyətindən dolayı, müəllim kollektivi üçün yaradılan şərait, onların sosial və bəzən həyati məsələlərinə böyük iradə və səbr göstərməklə dəstək vermələrinə görə, VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosu tərəfindən dərin minnətdarlığımızı bildiririk.

Müəllim bütün peşələri var edən, naziri nazir, prezidenti prezident, məmuru məmur edən əvəzolunmaz bir peşə sahibidir. Bir çoxları müəllimin əmək haqlarının azlığından gileklənir, bəziləri onlara övladlarımıza elm verdikdən, onları cəhalətdən xilas etdikdən sonra soğan əkməyi belə məsləhət görsələr də, müəllim “ elmin qiyməti yoxdur” misalı ilə yenə də cəhalətə qarşı savaşan müdrik bir ordu olmasını sübut etməyə davam edir... Axı cəhalət də, düşmən kimi bir şeydir. Düşmənlə savaşan, vətənin keşiyində dayanan hərbi ordumuz qədər, cəhalətlə savaşan, müdrük gəncliyin və müdrük zehniyyətimizin keşiyində dayanan da müəllim ordumuzun şücaətidir! Niyə də, dilə gətirmirməyək? Hərbi ordumuz əli silahlı döyüş meydanında, müəllim ordumuz isə qələm və kitabla sinif otağındadır...

Cənab Prezidentin və Respublikanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təhsil sahəsinə verdiyi önəm, göstərdikləri qayğı isə sözlə ifadə olunmayacaq qədər nəhəngdir. Bu gün ən ucqar rayonlarımızda yüksək standartlara uyğun məktəblər var. Övladlarımızın cəhalətlə mübarizə edən müəllimlərə ən gözəl şəraitdə dəstək verə bilmələri üçün də böyük şərait yaradılmışdır.

Prezidentimizin və xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğıdan doğan bir möcüzədir ki, bu gün təhsil sahəsində müəllimlərin hər bir problemi işıq sürəti ilə öz həllini tapır. Onların hər biri üçün cəhalət adlı düşmənlə döyüş meydanında mübarizə apara bilməsi üçün bütün gərəkən tendensiyalar mövcuddur.

Elə bu motivdən yanaşaraq, bu günlərdə VOİCEPRESS.AZ-a daxil olan bir müəllimənin müraciətini diqətlərə çatdırmaq istəyirik. Deməli, söhbət Lerik rayon Nüvədi kəndi ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyatı üzrə müəlliməsi Əzimova Xəyalədən gedir.
Əzimova Xəyalə Bakı Slavyan Universitetinin məzunudur. İllərdir müəllimə işləmək amalı ilə müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda iştirak edir. Nəhayət 2017-ci ildə imtahanda iştirak edərək, şəhər məktəblərində qalıb işləmək üçün gərəkli “48” keçid balını toplamağa müvəffəq olur.

Amma Xəyalə müəllimənin ən böyük arzusu Azərbaycanın bölgələrində öz dilimizi tədris etmək olduğundan, işləmək istədiyi məktəblər sırasına Bakı şəhərini əlvə etmir. Xəyalə müəllimə regionlarımızda dilimizin müdafiəsinə qalxmaq, bölgələrdə yaşayan uşaqları cəhalətdən xilas etmək arzusu ilə alışıb yanırdı.

Amma çox zaman hər şey istədiyimiz kimi olmur. Xəyalə müəllimə ailəlidir. İki övlad anasıdır. Gənc ana, Xəyalə Əzimovanın övladını Bakı məktəbində oxumasına baxmayaraq, Xəyalə xanım üç yaşlı qızı və həyat yoldaşı ilə bərabər təyinatı üzrə Lerik rayon Nüvədi kəndi ümumi orta məktəbində arzu etdiyi kimi fəaliyyətə başlayır.

Hər həftə sonu çətin olsa da, Bakıda ikinci sinifdə oxuyan oğlunu görməyə Bakıya gedir. Bazar günü geri dönüb bazarertəsi yenə iş başına dönür. Bütün ailə həftə sonu Bakıya, uşağı görməyə gedib-dönmələri böyük maddi vəsait tələb edirdi. Amma yenə də işinə dörd əllə sarılan Xəyalə müəllimə var gücü ilə bütün bu çətinliyə sinə gələrək, fəaliyyətini davam etdirməkdədir.

Amma bu vəziyyət ən çox Xəyalə xanımın həyat yoldaşı, Əzimov Elxan Məhəmmədhənfiyyə oğlunın səhhətinə öz təsirini göstərirdi. Mütəmadi olaraq Lerik rayon Mərkəzi Xəstəxanasına müraciətində qalan Xəyalə xanımın həyat yoldaşı, Elxan bəyə “allergik bronxit” diaqnozu qoyulur və Lerik rayonunun dəniz səviyyəsindən yüksəkdə yerləşməsini nəzərə alaraq, Lerik havasının xəstənin səhhətinə mənfi təsir göstərdiyinə qərar verilir. Beləliklə həkimlərin tövsiyyəsi ilə Elxan bəy Bakıya dönməli olur.
187 saylı orta məktəbin  şagirdi Məhəmməd: “Anam həmişə deyir ki, Prezidentimizin  sevgi dolu, böyük  ürəyi var. Orada hər bir azərbaycanlı üçün yer var...”
Bu gün şərtlər gərəyi Xəyalə xanım üç yaşlı qızı, Əzimzadə Zeynəblə bərabər bütün həftəni rayonda tənha qalmağa, həftə sonu təkbaşına Lerikdən Bakıya qədər yol qət edərək, bir gün sonra yenidən geri dönmək məcburiyyətindədir. Soyuq qış aylarında körpə qızı ilə yolları qət etmək məcburyyətində qalan ana, tez-tez körpə balasının soyuqlaması problemi ilə də qarşılaşır.

Yaranan bu ürək ağrısı ilə anladılanlar sadəcə Xəyalə Əzimovanın real həyatda heç gözləmədiyi halda qarşılaşdığı olduqca müşkil məsələdir.
Gənc ailənin ailə həyatı darmadağın olmaqla yanaşı həyat yoldaşının səhhətindəki ciddi problem də bir tərəfdən ailəni yıpratmaqdadır.
Nəhayət böyük dözümlülük nümayiş etdirən Xəyalə Əzimova bu cür əzab-əziyyətli iş fəaliyyətinə artıq tab gətirmir. Buna görə də, Təhsil Nazirliyinə, ən əxsus da, cənab prezidentə üzünü tutaraq, cəhalətlə mübarizə aparmaq niyyəti ilə üz tutduğu döyüş meydanını Lerikdən, Bakıya köçürülməsinə şəraitin yaradılmasını xahiş edir.

Adiyyatı orqanlar, hər zaman səsimizi duyan, müəlliminə böyük qayğı göstərən təhsil nazirliyimiz ümid edirik ki, Xəyalə Əzimovanın bu səsini eşidəcək.

Xəyalə müəllimənin Bakı şəhəri 187 saylı orta məktəbin 2-ci sinif şagirdi oğlu, Əzimov Məhəmmədin saytımızın əməkdaşına uşaqsayağı şikayəti isə həqiqətən ürək ağrıdırdı. Hər bir uşaq kimi o həftədə 1 dəfə anasını görməsini haqsızlıq adlandırırdı: “Anam həmişə deyir ki, Prezidentimizin sevgi dolu, böyük ürəyi var. Orada hər bir azərbaycanlı üçün yer var. Ona görə də, Prezidentimizin öhdəsindən gəlmədiyi bir iş yoxdur. Mən də prezidentimizdən anamın yanımızda olması üçün rayona işə getməməsini istəyirəm. Axı mən anasız yatanda çox qorxuram. Bir də məktəbdən evə dönəndə, gündəliyimdəki beşləri anama göstərə bilmirəm. Nənəmə, atama göstərirəm, amma heç kəs anam kimi sevinmir...”
Möhtərəm prezidentimiz hətta uşaqların ürəyindəki ümid qapısıdır. Bu gün isə hər şey bir yana, sözü gedən müəllimənin ailəsinin həqiqətən var olmasının yeganə ümid qapısı elə cənab prezidentimizin özüdür!

Özünüz təsəvvür edin, Bakının Maştağa qəsəbəsində yaşayan bir insanın ailəsinin bütövlüyünə və həyat yoldaşının səhhətindəki problemlərə rəğmən Lerikin kəndində iş fəaliyyətini davam etdirməsi, nə qədər ədalətlidir?

Cənab Prezidentimizin hümanistliyinə və səmimiyyətinə sığınaraq, gənc bir ailənin parçalanmasına, dağılmasına yol verməsinə imkan verməyəcəyinə inanırıq...






Ü. Musazadə
VOİCEPRESS.AZ

Ранее » Azərbaycanın tanınmış alimi vəfat etdi