Alınma sözlərin düzgün yazılışını müəyyənləşdirmək üçün qaydalar hazırlanır

Elm və kəşv / Manşet

1 225

Alınma sözlərin düzgün yazılışını müəyyənləşdirmək üçün qaydalar hazırlanır
AMEA Dilçilik İnstitutu tərəfindən başqa dillərdən keçən sözlərin düzgün yazılışını dəqiq müəyyənləşdirmək üçün transliterasiya qaydaları hazırlanır.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli "Saytların dil mənzərəsi" adlı tədbirdə deyib.

B.Məhərrəmli deyib ki, hazırda xarici dillərdə olan mürəkkəb sözlərin Azərbaycan dilində yazılışı zamanı transliterasiya qaydalarına riayət olunma baxımından ciddi qüsurlar var. Buna görə də hazırda institut tərəfindən transliterasiya qaydaları hazırlanır.

M.Məhərrəmli qeyd edib ki, transliterasiya qaydalarına da orfoqrafiya qaydaları kimi ciddi şəkildə riayət edilməlidir:

"Mübahisə doğuran sözlər daha çox alınma sözlərlə bağlıdır. Amma başqa dillərdən keçən sözlərin Azərbaycan dilində necə yazılması ilə bağlı təsdiqlənmiş standartlar yoxdur".


VOİCEPRESS.AZ


Ранее » Buraxılış imtahanları verənlərə şad xəbər« Далее 20 Yanvar qəhramanlıq salnaməmizə qızıl hərflərlə yazılıb