• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

İnsan həyatı üçün ən təhlükəli canlılar

BMT-nin Kənd Təsərrüfatı Təşkilatı ən təhlükəli canlıların siyahısını açıqlayıb. Onların əksəriyyəti insanlarda ölümcül xəstəliklərə səbəb olur.

VOİCEPRESS.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, insan ölümünə səbəb olan ən təhlükəli heyvanlar ağcaqanadlardır. Hər il bu həşəratların sancması nəticəsində 750000-ə qədər insan ölür. Ağcaqanadlar özlərində ölümcül xəstəlikləri daşıyırlar.

İkinci yerdə elə insanların özü durur. İldə insanların günahı üzündən 437000 insan məhv olur.

İnsanlar üçün təhlükəsinə görə ilanlar üçüncü hesab edilirlər. Hər il 100000 insan bu sürünənlərin qurbanı olur. İtlər isə dördüncü yerdədir. İt dişləməsindən də hər il 35 min insan ölür.

Təhlükəli heyvanların siyahısına şirin suda yaşayan ilbiz də düşüb. Bir il ərzində bu heyvan səbəbindən 20 min insan həyatdan gedir. İnsanlar arasında geniş yayılan şistosomoz xəstəliyi şirin suda yaşayan ilbizlər tərəfindən yayılır.

Növbəti yerdə taxtabitilər (Şaqasa xəstəliyinin daşıyıcıları) və milçək gəlir. Taxtabitilər hər il 12 min insanın, milçək isə 10 min insanın ölümünə səbəb olur.

Yer kürəsində ən təhlükəli heyvanların siyahısına həmçinin askaridlər, timsahlar, begemotlar, fillər, şirlər, canavarlar, köpək balıqları da aiddir.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter