Yunus Oğuzun “Əmir Teymur”u qırğız dilində işıq üzü görüb

Maraq / Manşet

4 292

Yunus Oğuzun “Əmir Teymur”u qırğız dilində işıq üzü görüb
Yazıçı publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Əmir Teymur-dünyanın hakimi” və “Əmir Teymur-zirvəyə doğru” tarixi 2 cildliyi “Temirlan” adı ilə qırğız dilində işıq üzü görüb. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə işıq üzü görən kitabı qırğız dilinə Mukan Asanaliyev və Bekten Dıykanbay tərcümə ediblər. 540 səhifədən ibarət olan kitabın redaktoru A.İsmailovdur. Kitabda dahi hökmdarın sərkərdəlik məharəti, idarəetmə bacarığı və qazandığı qələbələr barədə oxuculara geniş məlumat verilir. Yaxın vaxtlarda müəllifin iştirakı ilə Qırğızıstanda kitabın təqdimat mərasimi keçiriləcək. 500 tirajla çap edilən kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən pulsuz paylanacaq.

Ранее » Qırğızıstanda Yunus Oğuzun kitabının təqdimat mərasimi olacaq« Далее Anar: “Ortaq türk dilinin yaranması mümkün deyil”
Flag Counter